Son dəqiqə
ABŞ-İran atəşkəsi fonunda Yaxın Şərq ölkələrinə hücumlar edilirTramp İrana silah satan ölkələrə 50 faiz rüsum tətbiq edəcək - FOTOBakı Metropolitenində yeni təyinat - ÖZƏLÇaykənd Qızılbalıqartırma zavodu yenidən qurulacaqCey Di Vens Vaşinqton-Tehran barışığını "kövrək" adlandırdı: "ABŞ-nin müttəfiqləri ABŞ-İran atəşkəsinə qoşulublar"Sabunçuda qadın evdən doqquz min manat oğurlayıb
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. 114A və 114B nömrəli marşrutlardan ŞİKAYƏT - "Yolda qalırıq, istidən boğuluruq, salon bərbad haldadır"
114A və 114B nömrəli marşrutlardan ŞİKAYƏT - "Yolda qalırıq, istidən boğuluruq, salon bərbad haldadır"
Cəmiyyət

114A və 114B nömrəli marşrutlardan ŞİKAYƏT - "Yolda qalırıq, istidən boğuluruq, salon bərbad haldadır"

Bu gün
13:54
0 baxış
Paylaş:

Bakıda 114A və 114B marşrut xətləri üzrə hərəkət edən avtobuslarla bağlı şikayət var.

Bakıda 114A və 114B marşrut xətləri üzrə hərəkət edən avtobuslarla bağlı şikayət var.

Gundem.today-a daxil olan müraciətlərdə qeyd olunur ki, bu xətlər üzrə istismara buraxılan nəqliyyat vasitələrinin həm texniki vəziyyəti, həm də xidmət keyfiyyəti ciddi problemlərlə müşayiət olunur.

Sərnişinlərin təqdim etdiyi foto və videogörüntülər avtobusların daxili vəziyyətinin qənaətbəxş olmadığını açıq şəkildə göstərir. Belə ki, salonun tavan hissəsində örtüklər qopub, bəzi yerlərdə metal səth üzə çıxıb və paslanma izləri müşahidə olunur. Xüsusilə lük ətrafında olan deformasiyalar və qopmalar avtobusun istismarının təhlükəsizliyi ilə bağlı ciddi suallar yaradır.

Şikayətçilərin sözlərinə görə, avtobuslar tez-tez nasaz vəziyyətdə xəttə buraxılır və bu səbəbdən yolda qalma halları baş verir, bu isə sərnişinlərin vaxt itkisinə səbəb olur.

Eyni zamanda marşrut üzrə intervalın uzun olması ciddi narazılıq doğurur. Bildirilir ki, sərnişin sıxlığına uyğun olaraq reysə buraxılan avtobusların sayı kifayət etmir.

Bundan əlavə, bəzi avtobuslarda oturacaqların qırıq və istifadəyə yararsız vəziyyətdə olduğu qeyd olunur. Mövsümi problemlər də sərnişinlərin gündəlik narahatlığına çevrilib. Belə ki, qışda istilik sistemi zəif işlədiyindən salon lazımi səviyyədə isinmir, yayda isə soyutma sistemi ümumiyyətlə olmadığından sərnişinlər istidən əziyyət çəkirlər.

Digər mühüm narazılıq isə marşrutların iş rejimi ilə bağlıdır. Sərnişinlər iddia edirlər ki, avtobuslar rəsmi olaraq gecə saat 00:00-a qədər fəaliyyət göstərməli olduğu halda, əksər hallarda saat 23:00-dan tez xətdən çıxırlar.

Sakinlər bildirirlər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, şikayətlərə baxılmır və mövcud problemlər aradan qaldırılmır.

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Bakı#114A_marşrutu#114B_marşrutu#ictimai_nəqliyyat#sərnişin_şikayəti#nasaz_avtobuslar#avtobus_intervalı#nəqliyyat_problemi#sərnişindaşıma.

Oxşar Xəbərlər

Bakı Metropolitenində yeni təyinat - ÖZƏLCəmiyyət

Bakı Metropolitenində yeni təyinat - ÖZƏL

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində yeni təyinat olub.

Bu gün
16:080
DSX-nın Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanının nəticələri AÇIQLANDICəmiyyət

DSX-nın Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanının nəticələri AÇIQLANDI

5 aprel 2026-cı il tarixində keçirilən Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanının nəticələri elan edilib.

Bu gün
15:580
Lənkəranda istehsal obyektində nöqsanlar aşkarlanıb - FOTOCəmiyyət

Lənkəranda istehsal obyektində nöqsanlar aşkarlanıb - FOTO

Lənkəran rayonunun Şürük kəndində fəaliyyət göstərən, Əntiqə Qəhrəman qızı Rəhimovaya məxsus təndirxanada yoxlama keçirilib.

Bu gün
15:200
"Yüksəliş" beynəlxalq kontekstdə: Oxşar proqramlar fonunda milli modelin üstünlükləriCəmiyyət

"Yüksəliş" beynəlxalq kontekstdə: Oxşar proqramlar fonunda milli modelin üstünlükləri

"Yüksəliş" müsabiqəsinin Azərbaycanın milli kadr ehtiyatının formalaşmasındakı rolu, fərdi inkişaf platformasının əsas xüsusiyyətləri və xarici ölkələrin idarəetmə modelləri ilə müqayisəli təhlili barədə məlumat.

Bu gün
15:101