
Sabunçuda qadın evdən doqquz min manat oğurlayıb
Bakı və Sumqayıtda evlərdən oğurluq edən şəxslər saxlanılıblar.
Bakı və Sumqayıtda evlərdən oğurluq edən şəxslər saxlanılıblar.
Gundem.today xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti açıqlama yayıb.
Bildirilib ki, Sabunçu rayonunda evlərin birindən 9 min manat pulun oğurlanması barədə polisə məlumat daxil olub.
Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 47 yaşlı K.Əliyeva müəyyən edilərək saxlanılıb.
Sumqayıt şəhərində də analoji hadisə baş verib. Şəhər ərazisindəki evlərin birindən 500 manat oğurlayan 24 yaşlı E.Zamanov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar davam etdirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalMüdafiə Nazirliyinin sabiq rəisinin aldığı RÜŞVƏTİN MƏBLƏĞİ məlum oldu
Mərkəzi hərbi həkim komissiyasının keçmiş rəisi mayor Rasim Həsənovun hərbi qulluqçulara saxta rəy verərək rüşvət alması ilə bağlı cinayət işinin istintaqı yekunlaşıb. Toplanmış materiallar məhkəməyə göndərilib.
KriminalTanınmış müğənninin anası qızının ölümünə səbəb olan sürücünü bağışladı
Ötən il Bakıda Dövlət Bayrağı Meydanı yaxınlığında tanınmış müğənni Vlada Axundovanın ölümü ilə nəticələnən avtomobil qəzası ilə bağlı məhkəmə prosesi başa çatıb.
Kriminalİş yoldaşını "işverən" sözünə görə bıçaqlayan şəxsin CƏZASI BƏLLİ OLDU
İş yoldaşını ona "işverən" deməsinə görə bıçaqlamaqda təqsirləndirilən Röyal İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
KriminalEltisinin ölümünə səbəb olan həkim HƏBS OLUNDU
Bakıda qaynının arvadını estetik əməliyyat edərək onun ölümünə səbəb olmaqda ittiham edilən həkim - "AzE Estetik Mərkəz"in direktoru Ülviyyə İlyasovanın yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış cinayət işi üzrə proses keçirilib.