Son dəqiqə
Çiçəkləmə mövsümündə gözləriniz risk altındadır - Həkim səbəbləri açıqladı"Pirelli" bahalaşır, "Land Rover" rekord qırır: Avtomobil dünyasında nələr baş verir?"Subaylar daha çox yoluxurlar" - Ağır xəstəliyin səbəbi barədə xəbər hamını şoka saldı - VİDEOİlon Maskdan sensasion TƏKLİF: "İnsanlara birbaşa pul paylayın"Xərçəngin müalicəsində peyvənd dövrü: Azərbaycanda tətbiq olunacaq? - VİDEOAvstraliyada qağayılar futbol matçı zamanı stadiona "hücum etdilər" - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Xərçəngin müalicəsində peyvənd dövrü: Azərbaycanda tətbiq olunacaq? - VİDEO
Xərçəngin müalicəsində peyvənd dövrü: Azərbaycanda tətbiq olunacaq? - VİDEO
Cəmiyyət

Xərçəngin müalicəsində peyvənd dövrü: Azərbaycanda tətbiq olunacaq? - VİDEO

Bu gün
03:00
0 baxış
Paylaş:

Xərçəng peyvəndi bədənin immun sistemini xərçəng hüceyrələrini tanımaq və məhv etmək üçün stimullaşdıran yeni nəsil tibbi üsuldur. Bu peyvəndlər ənənəvi yoluxucu xəstəlik vaksinlərindən fərqli olaraq həm qoruyucu, həm də müalicəvi olmaqla iki qrupa bölünür.

Xərçəng peyvəndi bədənin immun sistemini xərçəng hüceyrələrini tanımaq və məhv etmək üçün stimullaşdıran yeni nəsil tibbi üsuldur. Bu peyvəndlər ənənəvi yoluxucu xəstəlik vaksinlərindən fərqli olaraq həm qoruyucu, həm də müalicəvi olmaqla iki qrupa bölünür.

Gundem.today xəbər verir ki, bu barədə "Azad Azərbaycan" (ATV) telekanalının videomaterialında bildirilib.

Peyvənd immun sistemini aktivləşdirərək xərçəngin böyüməsinin qarşısını alır və ya onun yenidən yaranma riskini azaldır. Bəzi yeni nəsil peyvəndlər xəstənin öz xərçəng hüceyrələrindən alınan genetik material əsasında fərdi olaraq hazırlanır.

Hazırda ABŞ və Avstraliya kimi ölkələrdə melanoma, pankreas (mədəaltı vəzi) və uşaq beyin şişləri üçün klinik sınaqlar genişlənir. Rusiyada isə bu sahədə yeni mərhələyə keçid olunduğu açıqlanıb: ölkədə hazırlanmış fərdi xərçəng peyvəndi rəsmi olaraq icbari tibbi sığorta sisteminə daxil edilib.

Bu preparat adi vaksinlərdən fərqli olaraq xəstəliyin profilaktikası üçün deyil, artıq diaqnoz qoyulmuş xərçəngin müalicəsi məqsədilə tətbiq edilir. Yanaşmanın əsasını fərdi tibbi texnologiya təşkil edir: hər bir xəstədən götürülən şiş nümunəsi əsasında xüsusi preparat hazırlanır və bu, immun sistemini birbaşa xərçəng hüceyrələrinə qarşı mübarizəyə yönəldir.

Həkim-onkoloq Fərid Müseyibov bildirir ki, dünyada tətbiq edilən bu peyvəndlərin müsbət təsirləri artıq özünü göstərməkdədir:

"Onkoloji xəstəliklər dünyada ürək-qan-damar xəstəliklərindən sonra ikinci yerdə dayandığı üçün bəzi ölkələrdə artıq icbari tibbi sığorta proqramına daxil edilib. Bu da, təbii ki, xərçənglə mübarizədə çox böyük üstünlüklər yaradır", - deyə o vurğulayıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Onkoloji_xəstəliklər_(xərçəng)#Peyvənd#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)#Avstraliya#Rusiya_Federasiyası

Oxşar Xəbərlər

"Subaylar daha çox yoluxurlar" - Ağır xəstəliyin səbəbi barədə xəbər hamını şoka saldı - VİDEOCəmiyyət

"Subaylar daha çox yoluxurlar" - Ağır xəstəliyin səbəbi barədə xəbər hamını şoka saldı - VİDEO

Subay insanlarda xərçəngə tutulma riskinin daha yüksək ola biləcəyi iddia edilir.

Bu gün
03:460
Gürcüstanda etiraz aksiyası - Maaşlarını ala bilməyən soydaşlarımızın şikayəti - VİDEOCəmiyyət

Gürcüstanda etiraz aksiyası - Maaşlarını ala bilməyən soydaşlarımızın şikayəti - VİDEO

Gürcüstanın Qardabani rayonunda yaşayan soydaşlarımız etiraz aksiyası keçiriblər. Buna səbəb 50-yə yaxın işçinin artıq üç aydır ki, çalışdıqları inşaat şirkətindən əməkhaqlarını ala bilməmələridir.

Bu gün
02:240
Qərbi Azərbaycan Xronikası: "Nənəm danışırdı ki, ermənilər bizə topdan atəş açırdılar" - VİDEOCəmiyyət

Qərbi Azərbaycan Xronikası: "Nənəm danışırdı ki, ermənilər bizə topdan atəş açırdılar" - VİDEO

Baku TV-də "Qərbi Azərbaycan Xronikası" layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat hekayəsi" verilişinin növbəti buraxılışı yayımlanıb.

Bu gün
01:540
Paytaxtda qorxulu vəziyyət: Evlər hər an dağıla bilər - VİDEOCəmiyyət

Paytaxtda qorxulu vəziyyət: Evlər hər an dağıla bilər - VİDEO

Yuxarıdakı evlər hər an aşağıdakı evlərin üzərinə uça bilər. Torpaq sürüşdüyü üçün yol çöküb, hasarda isə iri çatlar əmələ gəlib.

Bu gün
01:000