Son dəqiqə
Beyləqanda süd qəbulu məntəqəsində nöqsanlar aşkarlandı, müəssisə bağlandı - FOTOƏrdoğan: "Ermənistanla normallaşma prosesi Azərbaycanla birlikdə aparılır"Trampdan Hörmüz boğazı ilə bağlı daha bir AÇIQLAMA - FOTOİkinci dəfə 300 bal toplayan şagird uğurunun SİRRİNİ AÇIQLADI"Liverpul"da böyük təmizlik: Salah da daxil olmaqla doqquz futbolçu yola salınırTramp İrana təşəkkür etdi - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Bakıda qayın keçmiş yeznəsini gecə klubunun qarşısında bıçaqladı: "Aliment vermirdi" – TƏFƏRRÜAT
Bakıda qayın keçmiş yeznəsini gecə klubunun qarşısında bıçaqladı: "Aliment vermirdi" – TƏFƏRRÜAT
Kriminal

Bakıda qayın keçmiş yeznəsini gecə klubunun qarşısında bıçaqladı: "Aliment vermirdi" – TƏFƏRRÜAT

Bu gün
17:26
0 baxış
Paylaş:

Bakıda 1997-ci il təvəllüdlü Elşən bacısının keçmiş həyat yoldaşı Səfəri (adlar şərti verilib - red.) öldürməyə cəhd edib.

Bakıda 1997-ci il təvəllüdlü Elşən bacısının keçmiş həyat yoldaşı Səfəri (adlar şərti verilib - red.) öldürməyə cəhd edib.

Gundem.today "Teleqraf"a istinadla xəbər verir ki, o, 2023-cü ilin iyunun 7-də saat 00:30-da "Extra" adlı gecə klubuna müştəri düşürərkən bacısı Əsmərin keçmiş əri Səfəri orada görüb.

Elşən ona ailəli olduğu dövrdə bacısını döydüyünü, övladı Amilə maddi-mənəvi dəstək olmadığını, onunla maraqlanmadığını irad tutub. Yaranmış mübahisə zamanı o, ov bıçağı ilə Səfərə ardıcıl zərbələr vurub. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərilməsi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Elşənin barəsində Cinayət Məcəlləsinin 29,120.1 (qəsdən adam öldürməyə cəhd), 221.3 (xuliqanlıq) və 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Elşən ifadəsində göstərib ki, bir müddətdir taksi fəaliyyəti ilə məşğul olur. Hadisə günü müştərini təyinat yerinə çatdırdıqda təsadüfən bacısının keçmiş həyat yoldaşı Səfəri görüb:

"Bir az danışdıq, sonra mübahisə etdik. Söhbət əsnasında o, mənim başıma kəllə ilə zərbə endirdi, əlini belinə doğru hərəkət etdirdi. Elə bildim, bıçaq çıxaracaq. Amma bıçaq çıxarmadı, mənə zərbələr endirməyə başladı.

Məndən cüssəli olması səbəbindən onu özümdən uzaqlaşdırmaq məqsədilə bıçağı ayağına doğru hərəkət etdirdim. Sonra dava böyüdü və biz yerə yıxıldıq. Bıçaq Səfərin boğazına dəydi. Bizi ətrafdakılar ayırdı. Səfərin qardaşı gələrək onu apardı.

Hadisə zamanı bıçağın Səfərin boğazına dəyməsini bilməmişəm. Bu barədə mənə Səfərin qardaşı məlumat verdi.

Səfərdən dəfələrlə aliment tələb etsək də ödəmir. Əvvəllər danışmaq istəmişik, amma Səfər mənimlə görüşmürdü. Həmin gecə rastlaşanda onun fikrini öyrənmək üçün söhbət etmək istədim. Dedim, sənin hərəkətin kişiliyə yaraşmır. Bundan sonra o, məni vurdu.

Səfərlə məni ətrafdakı şəxslər aralamamışdan öncə yerdə bıçağı onun sinəsinə dirədim və "heyf ki, bacım uşağının atasısan" sözlərini dedim. Bundan sonra ətrafdakı şəxslər bizi ayırdılar".

Təqsirləndirilən şəxs deyib ki, zərərçəkmiş şəxslə barışıq əldə edib.

Zərərçəkmiş Səfər ifadəsində göstərib ki, 2023-cü il iyun ayının 7-də gecə saatlarında Elşən ona yaxınlaşıb: "Mənə "kişi deyilsən" sözlərini dedi. Mən də eyni sözləri ona qaytardım, dalaşmağa başladıq.

Mən də taksi fəaliyyəti ilə məşğul oluram, Elşən məni təsadüfən gördü. Həmin ərazidə dayanmıram. Su almaq üçün orada düşmüşdüm. Orada klubun olub-olmaması barədə məlumatım yoxdur. İlk olaraq kimin hücum etdiyini xatırlamıram".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən 8 il müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Məhkumun müdafiəçisinin apellyasiya şikayəti təmin edilməyib. Bundan sonra məhkumun müdafiəçisinin kassasiya şikayəti Ali Məhkəmə tərəfindən qismən təmin olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü məhkumun Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair hissədə ləğv edilib. Məhkum Cinayət Məcəlləsinin 29,120.1 və 228.4-cü maddələri ilə təqsirləndirilib, onun cəzası 7 il 11 aya endirilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#qəsdən_adam_öldürməyə_cəhd#Bakıda_bıçaqlanma#məhkəmə_işi#Ali_Məhkəmə_qərarı#aliment_mübahisəsi#cinayət_məcəlləsi#Bakı_Ağır_Cinayətlər_Məhkəməsi#ailə_münaqişəsi#xuliqanlıq#taksi_sürücüsü.

Oxşar Xəbərlər

Sürücülük hüququ olmayan sərxoş kişi məsuliyyətdən yayınmağa çalışdı - Postda TUTULDUKriminal

Sürücülük hüququ olmayan sərxoş kişi məsuliyyətdən yayınmağa çalışdı - Postda TUTULDU

Qaradağ rayonu ərazisində yerləşən stasionar postda VAZ markalı avtomobilin sürücüsünə "Saxla" işarəsi verilsə də, o, tabesizlik göstərərək hərəkətini davam etdirib. Avtomobil YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb.

Bu gün
15:260
Anar Əsədlinin cinayət işi üzrə məhkəmə: "Demişdi ki, pulu may ayında qaytaracaq, amma qaytarmadı"Kriminal

Anar Əsədlinin cinayət işi üzrə məhkəmə: "Demişdi ki, pulu may ayında qaytaracaq, amma qaytarmadı"

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Bu gün
14:300
Bakıdan Qusara gedib iftar verdi, məscidin qarşısında keçmiş QAYINATASINI BIÇAQLADIKriminal

Bakıdan Qusara gedib iftar verdi, məscidin qarşısında keçmiş QAYINATASINI BIÇAQLADI

Qusarda həyat yoldaşından ayrılan kişi məsciddə keçmiş qayınatasını bıçaqlayıb.

Bu gün
14:060
İcra Hakimiyyətinin yeni binasının tikintisi niyə gecikib?Kriminal

İcra Hakimiyyətinin yeni binasının tikintisi niyə gecikib?

İmişli Rayon İcra Hakimiyyətinin (RİH) yeni inzibati binasının tikinti prosesinin gecikməsinin səbəbləri məlum olub.

Bu gün
13:100