
16 sahibkara "Startap" şəhadətnaməsi verilib
Cari ilin I rübündə sahibkarlara 16 "Startap" şəhadətnaməsi verilib.
Cari ilin I rübündə sahibkarlara 16 "Startap" şəhadətnaməsi verilib.
Gundem.today bildirir ki, bu məlumatı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yayıb.
Qeyd edilib ki, "Startap" şəhadətnaməsi almış sahibkarların 10-u Bakı şəhərindən, 6-sı isə regionlardandır.
2026-cı ilin yanvar-mart aylarında 29 mikro və kiçik sahibkar "Startap" şəhadətnaməsi almaq üçün KOBİA-ya müraciət edib.
Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Startapın müəyyən olunması meyarları"na əsasən Ekspertlər Şurası tərəfindən 16 mikro və kiçik sahibkara "Startap" şəhadətnaməsinin verilməsi barədə qərar verilib.
Şəhadətnamə almış sahibkarların 10-u hüquqi, 6-sı fiziki şəxsdir. Startaplardan 10-u Bakı şəhərindən, 6-sı isə regionlardandır.
"Startap" şəhadətnaməsi almış biznes subyektləri istehsal və xidmət sektorlarında fəaliyyət göstərirlər.
Startapların əsas istiqamətləri e-ticarət və rəqəmsal marketinq, səhiyyə texnologiyaları, onlayn oyun istehsalı, səyahət və turizm xidmətləri, rəqəmsal ödəniş sistemləri və s. sahələrdə innovativ həlləri özündə ehtiva edir.
Qeyd edək ki, "Startap" şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir.
"Startap" şəhadətnaməsinin verilməsi, yaxud imtina edilməsi haqqında qərar KOBİA tərəfindən Ekspertlər Şurasının rəyi əsasında verilir. Şura Agentliyin nəzdində 12 nəfərdən ibarət olan müxtəlif dövlət qurumlarının nümayəndələrindən və müstəqil ekspertlərdən ibarətdir. Mikro və kiçik sahibkarlıq subyektləri "Startap" şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər.
Ətraflı məlumat üçün: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatAzərbaycan nefti 6 dollardan çox BAHALAŞDI
Dünya bazarında "Azeri Light" markalı neft bahalaşıb.
İqtisadiyyatStartaplar üçün innovasiya və startap müsabiqəsi elan olunur
İqtisadiyyatAzərbaycanda şirkətləri risklərdən qorunmaq üçün YENİ QƏRAR
İnvestisiya şirkətinin davamlı kapital tələbləri haqqında qayda təsdiqlənib.
İqtisadiyyatTəcili kredit müraciəti necə həyata keçirilir? "KredAqro" prosesi izah edir
"KredAqro" 2000-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərən bankdan kənar kredit təşkilatlarından biridir. 25 ildən artıq fəaliyyət dövründə "KredAqro" kredit portfelinin həcmi və xidmət şəbəkəsinin genişliyi baxımından ölkədə fəaliyyət göstərən bankdan kənar kredit təşkilatları arasında müxtəlif dövrlərdə ilk üçlükdə yer almışdır.