Son dəqiqə
Qubanın kəndində qaz PROBLEMİ: "Bəzi ailələr odun da tapa bilmirlər" - VİDEOGörmədilər, yoxsa görmək istəmədilər?ABŞ, Britaniya və Fransanın kəşfiyyatçıları Parisdə gizli görüşdülər – Səbəb nədir?Nazirlik təhsil müəssisələri üçün 18 milyonluq məhsul alırAilə münaqişəsi zəminində törədilən cinayətlərin sayı AZALIBSəbail rayonunun bir hissəsində üç saatdır qaz kəsilib
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. Azərbaycanda şirkətləri risklərdən qorunmaq üçün YENİ QƏRAR
Azərbaycanda şirkətləri risklərdən qorunmaq üçün YENİ QƏRAR
İqtisadiyyat

Azərbaycanda şirkətləri risklərdən qorunmaq üçün YENİ QƏRAR

Dünən
15:06
0 baxış
Paylaş:

İnvestisiya şirkətinin davamlı kapital tələbləri haqqında qayda təsdiqlənib.

İnvestisiya şirkətinin davamlı kapital tələbləri haqqında qayda təsdiqlənib.

Gundem.today-ın əldə etdiyi məlumata görə, bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımov müvafiq qərar imzalayıb.

Qərara əsasən, investisiya şirkətinin davamlı kapital tələbinin hesablanma qaydası onun kateqoriyasına əsasən müəyyən ediləcək.

İnvestisiya şirkətinin məcmu kapitalının strukturuna birinci (I) dərəcəli (əsas məcmu kapital) və ikinci (II) dərəcəli kapital (əlavə məcmu kapital) daxildir.

Məcmu kapital I və II dərəcəli kapitala daxil olan komponentlərin cəmi ilə məcmu kapitaldan tutulmaların fərqinə bərabərdir.

İnvestisiya şirkətinin Müşahidə Şurası və icra orqanı məcmu kapitalın investisiya şirkətinin üzləşdiyi bütün risklərin səviyyəsinə uyğun həcmdə, bu Qaydada müəyyənləşmiş minimum miqdardan az olmayaraq saxlanmasına riayət olunmasını təmin etməlidir.

Aşağıdakı xidmətlərdən hər hansı birini göstərən və müştəri aktivləri istisna olmaqla, ötən təqvim ili üzrə aktivlərin bazar dəyəri ilə hesablanmış cəmi məbləğinin ədədi ortası 50 000 000 (əlli milyon) manatdan artıq olan investisiya şirkətləri I kateqoriyalı investisiya şirkəti hesab edilir:

- qiymətli kağızların öhdəlik götürməklə yerləşdirilməsi və anderraytinqi;

- mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması.

- I kateqoriyalı investisiya şirkətlərinə aid edilməyən digər investisiya şirkətləri II kateqoriyalı investisiya şirkəti kimi təsnifləşdirilir.

- I kateqoriyalı investisiya şirkətlərinin davamlı kapital tələbi onun kredit riskləri, bazar riskləri, əməliyyat riskləri, hesablaşma və kontragent riskləri, habelə konsentrasiya risklərinə qarşı hesablanmış kapital tələblərinin cəminə bərabərdir.

- II kateqoriyalı investisiya şirkətlərinin davamlı kapital tələbi onun nizamnamə kapitalının minimum miqdarı, audit olunmuş illik maliyyə hesabatları əsasında hesablanmış əməliyyat və inzibati xərclərinin 25 faizi həcmində və K-faktor tələblərinin ən böyüyünə bərabərdir.

Kredit riski üzrə kapital tələbinin hesablanması zamanı risk bu Qaydaya uyğun olaraq kateqoriyalara bölünür, hər bir kateqoriya üzrə risk çəkisi müəyyən edilir və cəmi risk dərəcəsi üzrə ölçülmüş aktivlərin 8%-i həddində kredit riski üzrə kapital tələbi müəyyən edilir.

Aktivlər üzrə risk çəkisi risk keyfiyyətindən asılı olaraq müəyyən olunur.

Bir aktiv üzrə birdən çox kredit reytinqi mövcud olduqda, onların arasından minimum kredit reytinqi nəzərə alınır.

Paylarının (səhmlərinin) 51 (əlli bir) və daha artıq faizi dövlətə məxsus hüquqi şəxslər tərəfindən emissiya edilmiş istiqrazların risk çəkisi 50% müəyyən edilir.

Digər balans aktivləri risk qruplarına aşağıdakı xüsusiyyətlərindən asılı olaraq aid edilir:

0 (sıfır) faizli (0,0 əmsallı) risk qrupu:

- Azərbaycan Respublikasının dövlət qiymətli kağızları, Mərkəzi Bank tərəfindən buraxılan qiymətli kağızlar, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra - Fond) buraxdığı təmin edilmiş qiymətli kağızlar;

- beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş "AAA" kredit reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik çoxtərəfli inkişaf bankları tərəfindən buraxılmış qiymətli kağızların təmin olunmuş hissəsi;

- aktivin Azərbaycan Respublikasının dövlət qiymətli kağızları, dövlət və Mərkəzi Bankın zəmanəti, habelə Mərkəzi Bank tərəfindən buraxılmış qiymətli kağızlar ilə qeyd-şərtsiz təmin olunmuş hissəsi;

- aktivlərin Azərbaycan Respublikasının milli valyutası ilə təmin edilmiş hissəsi.

20 (iyirmi) faizli (0,2 əmsallı) risk qrupu:

- 0 (sıfır) faizli risk qrupuna aid edilməyən və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinqinə malik çoxtərəfli inkişaf bankları tərəfindən buraxılmış qiymətli kağızların təmin olunmuş hissəsi;

- Fondun buraxdığı təmin edilməmiş qiymətli kağızlar;

- Azərbaycan Respublikasının bələdiyyə istiqrazları;

- Azərbaycan Respublikasında kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış istiqrazlar.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İqtisadiyyat#Mərkəzi_Bank#Taleh_Kazımov#İnvestisiya_şirkətləri#Məcmu_kapital#Kredit_riski#Qiymətli_kağızlar#Kapital_tələbləri#Maliyyə_bazarı#K-faktor#İpoteka_fondu

Oxşar Xəbərlər

Nazirlik təhsil müəssisələri üçün 18 milyonluq məhsul alırİqtisadiyyat

Nazirlik təhsil müəssisələri üçün 18 milyonluq məhsul alır

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi təhsil müəssisələri üçün mebel, idman inventarları və digər təyinatlı məhsullar alacaq.

Bu gün
17:540
Avtomobillərin icbari sığortasında YENİ DÖVR - Bəzi sürücülərə BÖYÜK GÜZƏŞTLƏR ediləcəkİqtisadiyyat

Avtomobillərin icbari sığortasında YENİ DÖVR - Bəzi sürücülərə BÖYÜK GÜZƏŞTLƏR ediləcək

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydasında dəyişiklik edilib.

Bu gün
16:110
Azərbaycan Serbiya ilə qaz elektrik stansiyası üzrə birgə müəssisə yaradacaqİqtisadiyyat

Azərbaycan Serbiya ilə qaz elektrik stansiyası üzrə birgə müəssisə yaradacaq

"Serbiyanın Niş şəhəri yaxınlığında qaz elektrik stansiyasının tikintisi layihəsinin icrası üçün birgə müəssisənin yaradılması planlaşdırılır".

Bu gün
15:120
Azərbaycanda dövlət vəsaitinin yeyintisinin qarşısını almaq üçün TƏKLİFİqtisadiyyat

Azərbaycanda dövlət vəsaitinin yeyintisinin qarşısını almaq üçün TƏKLİF

Azərbaycanda dövlət vəsaitinin yeyintisinin qarşısını almaq üçün daxili auditin tam mənada işə salınması təklif olunur.

Bu gün
13:480