
41 yaşlı əfsanə tarix yazmağa davam edir: Lebron Ceyms elit dördlüyə daxil oldu
Milli Basketbol Assosiasiyasının (NBA) dördqat çempionu, "Los-Anceles Leykers" klubunun şərəfini qoruyan 41 yaşlı amerikalı hücumçu Lebron Ceyms "Finiks Sanz"la baş tutan matçda (101:73) tarixi bir uğura imza atıb.
Milli Basketbol Assosiasiyasının (NBA) dördqat çempionu, "Los-Anceles Leykers" klubunun şərəfini qoruyan 41 yaşlı amerikalı hücumçu Lebron Ceyms "Finiks Sanz"la baş tutan matçda (101:73) tarixi bir uğura imza atıb.
Gundem.today-ın "Championat" nəşrinə istinadən məlumatına görə, "Finiks"lə qarşılaşmanın yekununda Lebron Şimali Amerika liqasının tarixində karyerası ərzində 12 min məhsuldar ötürmə edən dördüncü oyunçu kimi adını tarixə yazdırıb.
Bu göstərici üzrə mütləq lider NBA-nın Ulduzlar Oyununun onqat iştirakçısı olmuş əfsanəvi Con Stoktondur (15 806 ötürmə). Siyahının ikinci pilləsində karyerasını 2026-cı ildə başa vuran ulduz oyun qurucusu Kris Pol (12 552 assist) qərarlaşıb. Üçüncü yeri isə liqa çempionu və hazırda "Dallas Maveriks"i çalışdıran Ceyson Kidd (12 091 ötürmə) tutur.
Lebrondan dərhal sonra, siyahının beşinci pilləsində "Sakramento Kinqz"in ulduz basketbolçusu Rassel Uestbruk 10 351 məhsuldar ötürmə ilə yer alır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Barselona"da Lamin Yamal həyəcanı: Gənc ulduz məşqi yarımçıq qoydu
Kataloniyanın "Barselona" klubunun gənc hücumçusu Lamin Yamal ötən gün keçirilən komanda məşqi zamanı qəfil narahatlıq yaşayıb.
İdmanFutzal millimiz Gürcüstanda ardıcıl ikinci dəfə məğlub oldu
Futzal üzrə Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq görüşünü keçirib.
İdmanAzərbaycanlı döyüşçü İsveçdə MMA turnirində braziliyalı rəqibinə qalib gəlib - FOTO
Azərbaycan təmsilçisi Əli Quliyev İsveçin Vasteros şəhərində keçirilən MMA üzrə "Fight Club Rush" turnirində qələbə qazanıb.
İdmanƏfsanəvi məşqçinin son sözləri: Həkim Luçesku ilə təsirli söhbətini açıqladı
Buxarest Universitet Xəstəxanasının kardiologiya şöbəsinin müdiri Draqos Vineryanu əfsanəvi məşqçi Mirça Luçeskunun son günləri və onunla apardığı təsirli söhbət barədə danışıb.