
Əfsanəvi məşqçinin son sözləri: Həkim Luçesku ilə təsirli söhbətini açıqladı
Buxarest Universitet Xəstəxanasının kardiologiya şöbəsinin müdiri Draqos Vineryanu əfsanəvi məşqçi Mirça Luçeskunun son günləri və onunla apardığı təsirli söhbət barədə danışıb.
Buxarest Universitet Xəstəxanasının kardiologiya şöbəsinin müdiri Draqos Vineryanu əfsanəvi məşqçi Mirça Luçeskunun son günləri və onunla apardığı təsirli söhbət barədə danışıb.
Gundem.today xəbər verir ki, həyatını idmana həsr edən mütəxəssis ömrünün son anlarını məhz yaşıl meydanlarda keçirmək arzusunda olub.
"O mənə müraciət edərək sadəcə futbol meydançasında ölmək istədiyini bildirdi. Onun tam səmimi olduğunu və taleyi ilə müəyyən mənada barışdığını hiss edirdim. O, daim meydandan kənarda qalmağın peşmançılığını yaşayırdı, çünki bütün həyatı orada keçmişdi", - deyə həkim vurğulayıb.
Şöbə müdiri məşqçinin futbola bağlılığını bu sözlərlə ifadə edib:
"O dayanmadan "məni oyuna buraxın" deyirdi. Fikrimcə, o bu arzusunu hamıya çatdırmışdı və hamı bunu bilirdi. Özünü peşəsinə, bütöv nəsillərin yetişməsinə və futbola həsr edən bu şəxs, sözün əsl mənasında, futbolun dirijoru idi".
Xatırladaq ki, martın 29-da Slovakiya ilə qarşılaşmadan öncə futbolçularla görüş zamanı huşunu itirən Luçesku, milli komandanın düşərgəsindən təcili olaraq birbaşa Universitet Xəstəxanasına yerləşdirilmişdi.
Xəstəxanada on gün davam edən müalicə prosesində o, infarkt keçirib. Aprelin 5-də səhhətinin kəskin pisləşməsi səbəbindən Reanimasiya şöbəsinə köçürülən əfsanəvi məşqçi, cəmi iki gün sonra həyata gözlərini yumub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman41 yaşlı əfsanə tarix yazmağa davam edir: Lebron Ceyms elit dördlüyə daxil oldu
Milli Basketbol Assosiasiyasının (NBA) dördqat çempionu, "Los-Anceles Leykers" klubunun şərəfini qoruyan 41 yaşlı amerikalı hücumçu Lebron Ceyms "Finiks Sanz"la baş tutan matçda (101:73) tarixi bir uğura imza atıb.
İdmanFutzal millimiz Gürcüstanda ardıcıl ikinci dəfə məğlub oldu
Futzal üzrə Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq görüşünü keçirib.
İdmanAzərbaycanlı döyüşçü İsveçdə MMA turnirində braziliyalı rəqibinə qalib gəlib - FOTO
Azərbaycan təmsilçisi Əli Quliyev İsveçin Vasteros şəhərində keçirilən MMA üzrə "Fight Club Rush" turnirində qələbə qazanıb.
İdmanSadio Mane Türkiyə yolunda: İki Superliqa klubu ulduz futbolçu üçün hərəkətə keçdi
Seneqal milli komandasının kapitanı Sadio Manenin karyerasını Türkiyə Superliqasında davam etdirəcəyi gözlənilir.