
AAYDA: "Selin ziyanlarının aradan qaldırılması istiqamətində işlər gücləndirilmiş rejimdə davam etdirilir"
Yaranmış sel sularının yollara və süni qurğulara vurduğu ziyanların aradan qaldırılması, yolun hərəkət hissəsinin palçıq, lil və qaya parçalarından təmizlənməsi istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən işlər gücləndirilmiş rejimdə davam etdirilir.
Yaranmış sel sularının yollara və süni qurğulara vurduğu ziyanların aradan qaldırılması, yolun hərəkət hissəsinin palçıq, lil və qaya parçalarından təmizlənməsi istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən işlər gücləndirilmiş rejimdə davam etdirilir.
Gundem.today xəbər verir ki bu barədə agentlik məlumat yayıb.
Bildirilib ki, son günlər ölkə ərazisində müşahidə olunan intensiv yağıntılar nəticəsində bəzi avtomobil yollarında, eləcə də yol infrastrukturu elementlərində (körpülər, suötürücü qurğular və s.) müəyyən fəsadlar yaranıb.
"Fəsadların qeydə alındığı ərazilərə dərhal agentliyin əməkdaşları və xüsusi texnikalar cəlb olunur, operativ qaydada təmizləmə və bərpa işləri həyata keçirilir. Eyni zamanda, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə əlavə tədbirlər görülür, zərurət yarandıqda nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılır. Yollarda rahat və təhlükəsiz gediş-gəlişin təmin olunması üçün bütün zəruri və təxirəsalınmaz tədbirlər görülməkdədir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücülərdən, xüsusilə dağlıq və dağətəyi ərazilərdən keçən yollarda diqqətli olmalarını, hava şəraitini nəzərə almalarını və yol hərəkəti qaydalarına ciddi riayət etmələrini xahiş edir", - məlumatda qeyd edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyətİsveçrədə məzarlarla bağlı tətbiq olunan qayda müzakirələrə səbəb oldu - VİDEO
Məzar yerləri maksimum 20 il müddətinə icarəyə verilir. Bu müddət başa çatdıqdan sonra icarə haqqı ödənilməzsə, məzar daşı götürülür və həmin yer başqa şəxslərə təqdim olunur. Bu qayda İsveçrədə tətbiq edilir. Bu ölkədə ölüm və dəfn ənənələri bir çox ölkələrdən fərqli olması ilə diqqət çəkir.
CəmiyyətAyaq barmaqları amputasiya olunan yaşlı qadın xəstəxanada köməksiz qalıb? - VİDEO
Səkkiz ay əvvəl akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində ayaq barmaqları amputasiya olunan 67 yaşlı qadının digər ayağında qanqren yaranıb.
CəmiyyətSakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq
Aprelin 7-də Culfa rayonunun 18 kəndində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
CəmiyyətRəssamlıq Akademiyasının tələbələri üç aydır təqaüdlərini ala bilmirlər - Rəhbərlik məsələni nəzarətə götürdü
Azərbaycan Rəssamlıq Akademiyasının tələbələri üç aydır təqaüdlərini ala bilmədiklərini iddia edirlər. Onlar bildirirlər ki, fevral, mart və aprel ayının təqaüdləri hələ də köçməyib.