
Ayaq barmaqları amputasiya olunan yaşlı qadın xəstəxanada köməksiz qalıb? - VİDEO
Səkkiz ay əvvəl akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində ayaq barmaqları amputasiya olunan 67 yaşlı qadının digər ayağında qanqren yaranıb.
Səkkiz ay əvvəl akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində ayaq barmaqları amputasiya olunan 67 yaşlı qadının digər ayağında qanqren yaranıb.
Gundem.today Xəzər TV-yə istinadən xəbər verir ki, pasiyentin yaxınları iddia edirlər ki, onlar yenidən həmin müəssisəyə müraciət etsələr də, həkim Ruslan Əliyev xəstəni qəbul etməyıb, ağır vəziyyətdə olan pasiyent beş saat təcili tibbi yardım maşınında gözləməli olub.
Elmi Cərrahiyyə Mərkəzinin dəhlizində bununla bağlı görüntülər də çəkilib. Videogörüntü sosial şəbəkələrdə yayılıb və müzakirələrə səbəb olub.
Məlum olub ki, 67 yaşlı Fatimə Hacıyevanın ayaq barmaqları təxminən səkkiz ay əvvəl həkim Ruslan Əliyev tərəfindən amputasiya edilib. Hazırda isə xəstənin digər ayağında qanqren yarandığı iddia olunur.
Yaxınlarının sözlərinə görə, vəziyyəti kritik həddə çatan Fatimə Hacıyevanın təcili əməliyyat olunması Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində ləngidilir. O da iddia olunur ki, əməliyyatı həyata keçirən həkim sonrakı mərhələlərdə də xəstəni qəbul etməkdən yayınıb.
Fatimə Hacıyevanın qızı Fidan Rəhimova iddia edir ki, məsələ ilə bağlı mərkəzin baş həkimi Nazim Hacıyevə dəfələrlə müraciət etsələr də, xəstənin müalicəsi istiqamətində effektiv tədbirlər görülməyib.
Nazim Hacıyev iddialara belə aydınlıq gətirib: "Yaşlı qadındır, onun ayağında quru qanqren əmələ gəlib. Orada artıq bərpaedici əməliyyat eləmək mümkün deyil. Amma ola bilər, biz onun damarını açdıraq ki, ayağını tam itirməsin".
Nazim Hacıyev pasiyentə mərkəzdə etinasız yanaşılması iddiasını qəbul etmədiyini bildirib. Baş həkim pasiyentin hazırda xəstəxanada müayinəsinin davam etdiyini deyib və əlavə edib ki, müayinələr tam başa çatdıqdan sonra pasiyentlə bağlı qərar veriləcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyətİsveçrədə məzarlarla bağlı tətbiq olunan qayda müzakirələrə səbəb oldu - VİDEO
Məzar yerləri maksimum 20 il müddətinə icarəyə verilir. Bu müddət başa çatdıqdan sonra icarə haqqı ödənilməzsə, məzar daşı götürülür və həmin yer başqa şəxslərə təqdim olunur. Bu qayda İsveçrədə tətbiq edilir. Bu ölkədə ölüm və dəfn ənənələri bir çox ölkələrdən fərqli olması ilə diqqət çəkir.
CəmiyyətAAYDA: "Selin ziyanlarının aradan qaldırılması istiqamətində işlər gücləndirilmiş rejimdə davam etdirilir"
Yaranmış sel sularının yollara və süni qurğulara vurduğu ziyanların aradan qaldırılması, yolun hərəkət hissəsinin palçıq, lil və qaya parçalarından təmizlənməsi istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən işlər gücləndirilmiş rejimdə davam etdirilir.
CəmiyyətSakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq
Aprelin 7-də Culfa rayonunun 18 kəndində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
CəmiyyətRəssamlıq Akademiyasının tələbələri üç aydır təqaüdlərini ala bilmirlər - Rəhbərlik məsələni nəzarətə götürdü
Azərbaycan Rəssamlıq Akademiyasının tələbələri üç aydır təqaüdlərini ala bilmədiklərini iddia edirlər. Onlar bildirirlər ki, fevral, mart və aprel ayının təqaüdləri hələ də köçməyib.