Son dəqiqə
ABŞ və İsrailin İrana qarşı apardığı əməliyyatlar vacib mərhələdə - VİDEOABŞ "görünməz silah"ları işə salır - İran üçün kritik an - VİDEOTramp: "NATO nüfuzuna vurduğu ləkəni heç vaxt yuya bilməyəcək"KİV: İtaliyada hava limanlarının birində aviasiya yanacağı bitibBiləsuvarda iki uşaq anasının meyiti tapıldıABŞ İranda "F-15" ekipajının xilas olunması üçün 155 təyyarə cəlb edib
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. İsveçrədə məzarlarla bağlı tətbiq olunan qayda müzakirələrə səbəb oldu - VİDEO
İsveçrədə məzarlarla bağlı tətbiq olunan qayda müzakirələrə səbəb oldu - VİDEO
Cəmiyyət

İsveçrədə məzarlarla bağlı tətbiq olunan qayda müzakirələrə səbəb oldu - VİDEO

Bu gün
01:00
0 baxış
Paylaş:

Məzar yerləri maksimum 20 il müddətinə icarəyə verilir. Bu müddət başa çatdıqdan sonra icarə haqqı ödənilməzsə, məzar daşı götürülür və həmin yer başqa şəxslərə təqdim olunur. Bu qayda İsveçrədə tətbiq edilir. Bu ölkədə ölüm və dəfn ənənələri bir çox ölkələrdən fərqli olması ilə diqqət çəkir.

Məzar yerləri maksimum 20 il müddətinə icarəyə verilir. Bu müddət başa çatdıqdan sonra icarə haqqı ödənilməzsə, məzar daşı götürülür və həmin yer başqa şəxslərə təqdim olunur. Bu qayda İsveçrədə tətbiq edilir. Bu ölkədə ölüm və dəfn ənənələri bir çox ölkələrdən fərqli olması ilə diqqət çəkir.

Baku TV mövzu ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib.

"Dəfn olunan insana bunu etmək günahdır. Belə bir şeyin olduğuna inanmıram", - sakinlərdən biri bildirib.

"İmkanı zəif olan insanlardır, ona görə də yazıqlar qəbirləri icarəyə götürürlər. Çox şükür ki, bizdə belə deyil, məzar yerləri icarəyə verilmir", - başqa bir sakin deyib.

Bəs bu yanaşmaya dinimiz nə deyir?

İlahiyyatçı Tural İrfanın sözlərinə görə, insan vəfat etdikdən sonra torpağa dəfn olunmalı və orada qalmalıdır.

"Zəruri hal olmadıqca, həmin şəxsin torpaqdan çıxarılması günah sayılır. Qəbirlərin icarəyə verilməsi insan hüquqlarının pozulması və mərhuma qarşı ehtiramsızlıq deməkdir. Yer məhdudiyyəti kimi problemlər yarandıqda isə yerin altında sərdabələr qurmaq, mərtəbəli qəbirlər inşa etmək mümkündür. Bir çox İslam ölkələrində bu ənənə mövcuddur", - o qeyd edib.

Ekspertlər bildirirlər ki, bu model əhalinin sıx yaşadığı şəhərlərdə torpaq resurslarının daha səmərəli idarə olunması məqsədilə tətbiq olunur və İsveçrə bu yanaşmanı uzun illərdir həyata keçirir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Məzarlıq#Kütləvi_məzarlıq#Sakin

Oxşar Xəbərlər

Ayaq barmaqları amputasiya olunan yaşlı qadın xəstəxanada köməksiz qalıb? - VİDEOCəmiyyət

Ayaq barmaqları amputasiya olunan yaşlı qadın xəstəxanada köməksiz qalıb? - VİDEO

Səkkiz ay əvvəl akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində ayaq barmaqları amputasiya olunan 67 yaşlı qadının digər ayağında qanqren yaranıb.

Bu gün
00:360
AAYDA: "Selin ziyanlarının aradan qaldırılması istiqamətində işlər gücləndirilmiş rejimdə davam etdirilir"Cəmiyyət

AAYDA: "Selin ziyanlarının aradan qaldırılması istiqamətində işlər gücləndirilmiş rejimdə davam etdirilir"

Yaranmış sel sularının yollara və süni qurğulara vurduğu ziyanların aradan qaldırılması, yolun hərəkət hissəsinin palçıq, lil və qaya parçalarından təmizlənməsi istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən işlər gücləndirilmiş rejimdə davam etdirilir.

Bu gün
00:181
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaqCəmiyyət

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Aprelin 7-də Culfa rayonunun 18 kəndində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.

Bu gün
21:360
Rəssamlıq Akademiyasının tələbələri üç aydır təqaüdlərini ala bilmirlər - Rəhbərlik məsələni nəzarətə götürdüCəmiyyət

Rəssamlıq Akademiyasının tələbələri üç aydır təqaüdlərini ala bilmirlər - Rəhbərlik məsələni nəzarətə götürdü

Azərbaycan Rəssamlıq Akademiyasının tələbələri üç aydır təqaüdlərini ala bilmədiklərini iddia edirlər. Onlar bildirirlər ki, fevral, mart və aprel ayının təqaüdləri hələ də köçməyib.

Bu gün
18:281