
Azərbaycanın görkəmli hərbi xadimi VƏFAT ETDİ - VİDEO - FOTO
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin formalaşmasında mühüm rol oynamış, ehtiyatda olan polkovnik Tofiq Məmmədov dünən qəfil ürək çatışmazlığından vəfat edib.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin formalaşmasında mühüm rol oynamış, ehtiyatda olan polkovnik Tofiq Məmmədov dünən qəfil ürək çatışmazlığından vəfat edib.
Gundem.today-ın əldə etdiyi məlumata görə, T.Məmmədovun orduda mühüm xidmətləri olub.
O, əmək fəaliyyətinə Sovet dövründə başlayıb, Naxçıvan qarnizonu üzrə əks-kəşfiyyat şöbəsinin rəisi və Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində idarə rəisi vəzifələrində çalışıb. Sonrakı illərdə müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin formalaşmasında fəal iştirak edib, ordunun strukturlaşdırılması və peşəkar kadr potensialının yaradılmasında xidmətlər göstərib.
Tofiq Məmmədov həmçinin Kəşfiyyat İdarəsinin rəisi və Baş Qərargah rəisinin müavini vəzifələrində ölkənin hərbi təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində mühüm rol oynayıb. T.Məmmədov xidmətlərinə görə bir çox dövlət mükafatları və fəxri təltiflərə layiq görülüb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətTanınmış teatr və kino aktyoru Ələsgər Ələkbərovun doğum günüdür
Bu gün tanınmış teatr və kino aktyoru olan Ələsgər Ələkbərovun doğum günüdür.
CəmiyyətBakıda və Abşeronda KÜLƏK GÜCLƏNƏCƏK - Xəbərdarlıq
Martın 27-si gündüzdən 29-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
CəmiyyətHəcc ziyarətinə sənəd qəbulunun MÜDDƏTİ UZADILDI
Həcc ziyarətinə sənəd qəbulu aprelin ilk həftəsonunadək uzadılıb.
CəmiyyətBəzi yerlərdə dörd gün intensiv YAĞIŞ, QAR YAĞACAQ - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında martın 27-si səhərdən 29-dək arabir yağış yağacağı, bəzi yerlərdə intensiv xarakterli olacağı gözlənilir.