
"Harri Potter"in yeni serialının ilk görüntüləri yayılıb və aktyor heyəti məlum olub
"Harri Potter" televiziya serialının ilk tizeri nümayiş etdirilib.
"Harri Potter" televiziya serialının ilk tizeri nümayiş etdirilib.
Gundem.today məlumat verir ki, təqdim olunan videoda franşizanın birinci kitabından vacib məqamlar, Hoqvarts məktəbi, "Harri", "Ron" və "Hermiona"nın qatarda ilk tanışlığı, "Çeşidləyici Papaq", "Kviddiç oyunu" və başlanğıc dərsləri öz əksini tapıb.
Tizerin yekununda yeni serialın ilk nümayişinin 2026-cı ilin sonunda Milad bayramı tətilləri ərəfəsində baş tutacağı bildirilib.
Xatırladaq ki, yanvar ayında britaniyalı aktyor Nik Frost C.K. Roulinqin əsərləri əsasında hazırlanan yeni "Harri Potter" ekran işində sehrbaz "Haqrid" obrazını canlandırmaq məqsədilə qeyri-adi bir ritual həyata keçirdiyini açıqlamışdı.
Bundan öncə isə orijinal filmlərdə baş mənfi qəhrəman olan "Voldemort" rolunun ifaçısı Ralf Fayns HBO kanalının yeni layihəsində bu obrazı kimin oynayacağına dair bəzi işarələr vermişdi.
Qeyd edək ki, "Harri Potter"in yeni ekranlaşdırması seriyadakı kitabların sayına mütənasib olaraq yeddi mövsümü əhatə edəcək. Əsas qəhrəmanlar olan "Harri", "Ron" və "Hermiona" rollarına isə gənc aktyorlar Dominik Maklaflin, Alaster Stout və Arabella Stanton həyat verəcəklər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Şou-biznesİran ətrafında münaqişə Şakiraya da təsir göstərdi
Latın amerikalı müğənni Şakiranın Qətərdə keçirilməsi planlaşdırılan ilk konserti regiondakı münaqişə səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb.
Şou-biznesTanınmış aktyor zorlama hadisəsinə görə 59 milyon dollar təzminat ödəyəcək
ABŞ-də andlılar məhkəməsi tanınmış aktyor və şoumen Bill Kosbini 54 il əvvəl törədilmiş zorakılıq hadisəsində təqsirli bilib.
Şou-biznesMəşhur italyan müğənnisi Cino Paoli vəfat etdi
Məşhur italyan müğənnisi Cino Paoli 91 yaşında vəfat edib.