
ABŞ, Britaniya və Fransanın kəşfiyyatçıları Parisdə gizli görüşdülər – Səbəb nədir?
Fransa paytaxtında ABŞ, Böyük Britaniya və Fransa xüsusi xidmət orqanları nümayəndələrinin qapalı toplantısı keçirilib.
Fransa paytaxtında ABŞ, Böyük Britaniya və Fransa xüsusi xidmət orqanları nümayəndələrinin qapalı toplantısı keçirilib.
Gundem.today xəbər verir ki, bu informasiyanı "Intelligence Online" nəşri paylaşıb.
Aprelin 10-da Parisdə Senatın binasında üç ölkənin kəşfiyyat strukturları, həmçinin xüsusi təyinatlı qüvvələrinin qapalı görüşü reallaşıb.
Məlumata görə, bu, Böyük Britaniyanın Xüsusi Təyinatlı Qüvvələr Klubu tərəfindən təşkil olunan nadir tədbirlərdəndir və İkinci Dünya müharibəsi dövründən qalan müttəfiqlik əlaqələrini bir daha təsdiq etmək məqsədi daşıyır.
Toplantı qapalı formatda keçirilsə də, simvolik məna daşıyaraq dövlətlər arasındakı sıx əməkdaşlığı nümayiş etdirib.
Sözügedən klub həm Britaniya, həm də SAS ("Special Air Service": Böyük Britaniya Ordusunun xüsusi təyinatlı alayı - red.) və CIA-nın ("Central Intelligence Agency": ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi - red.) da ali rütbəli hərbi şəxsləri daxil olmaqla xarici ölkələrin kəşfiyyat xidmətlərinin fəaliyyətdə olan və keçmiş əməkdaşlarını öz ətrafında birləşdirir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-yə məxsus hərbi təyyarə Hörmüz boğazına yaxınlaşır: Bölgədə diqqətçəkən hərəkətlilik
ABŞ-yə məxsus təyyarə Hörmüz boğazı istiqamətində hərəkət edir.
DünyaTrampdan İRANA HƏDƏ: "Hazır vəziyyətdəyik, qoşunlar artıq hərəkətə keçib"
Donald Tramp İran ərazisinə yeni hava hücumlarının olacağını proqnozlaşdırır.
Dünya"Telegram" Rusiyada cərimələndi
Rusiyada Moskvanın Taqanski Məhkəməsi "Telegram" mesencerini Rusiyada qadağan olunmuş kontenti silməməkdə təqsirli bilib.
DünyaErmənistanda kilsə ilə bağlı yeni qərar verilə bilər
Ermənistanın baş naziri Nikol Paşinyan ölkə hakimiyyətinin Erməni Apostol Kilsəsinə vergi tətbiq etmək niyyətində olduğunu bəyan edib. O, bunu partiyasının seçki kampaniyasında irəli sürüb.