
Ermənistanda kilsə ilə bağlı yeni qərar verilə bilər
Ermənistanın baş naziri Nikol Paşinyan ölkə hakimiyyətinin Erməni Apostol Kilsəsinə vergi tətbiq etmək niyyətində olduğunu bəyan edib. O, bunu partiyasının seçki kampaniyasında irəli sürüb.
Ermənistanın baş naziri Nikol Paşinyan ölkə hakimiyyətinin Erməni Apostol Kilsəsinə vergi tətbiq etmək niyyətində olduğunu bəyan edib. O, bunu partiyasının seçki kampaniyasında irəli sürüb.
Bu barədə Gundem.today "Sputnik Ermənistan"a istinadən xəbər verir.
"Ermənistanda universal bəyannamə sistemi mövcuddur və din xadimləri bu sistemdən kənarda qala bilməzlər. Biz artıq uzun müddətdir deyirik ki, Erməni Apostol Kilsəsi müəyyən kommersiya fəaliyyətləri çərçivəsində və Ermənistan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda vergilər ödəməlidir", - deyə Paşinyan hakim Vətəndaş Sazişi Partiyasının seçkiqabağı platformasını təqdim edərkən bildirib.
Paşinyan özünün əvvəlki bəyanatlarını da xatırladıb ki, kilsə müəyyən kommersiya fəaliyyətləri ilə məşğuldur və buna görə də vergi ödəməlidir (daha əvvəl söhbət kilsə şamlarının satışından vergi ilə bağlı idi - red.).
Eyni zamanda, hökumət bu vergiləri kilsəyə tam şəkildə geri qaytarmağı, zərurət yarandıqda keşişlərə sosial təminatlar da verməyi öhdəsinə götürür.
"Bu ideya səkkiz ildir ki, Ktriç Nersisyan (bütün ermənilərin katolikosu II Qareginin dünyəvi adı - red.) üçün bir sadə səbəbdən qəbuledilməzdir: onlar dindarlar icması, yəni xalq qarşısında hesabat vermək istəmirlər", - deyə Paşinyan qeyd edib.
O yenidən təkrar edib ki, seçkiqabağı proqramında Erməni Apostol Kilsəsinin islahatı ilə bağlı bənd mövcuddur və bu bənd digər məsələlərlə yanaşı, hazırkı katolikosun vəzifədən kənarlaşdırılmasını və Erməni Kilsəsinin yeni rəhbərinin seçilməsini nəzərdə tutur.
Xatırladaq ki, Ermənistan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi arasındakı qarşıdurma baş nazir Nikol Paşinyanın din xadimlərinə qarşı sərt çıxışlarından və dövlət üçün əsas rol oynayan katolikosun seçilməsi prosedurunu dəyişdirmək təşəbbüsündən sonra daha da güclənib. Bu fonda üç yeparxiyanın rəhbərləri - arxiyepiskoplar Baqrat Qalstanyan və Mikael Adjapaxyan, yepiskop Mkrtıç Proşyan, eləcə də Eçmiədzin dəftərxanasının rəhbəri Arşak Xaçatryan daha əvvəl müxtəlif ittihamlar üzrə həbs olunublar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ, Britaniya və Fransanın kəşfiyyatçıları Parisdə gizli görüşdülər – Səbəb nədir?
Fransa paytaxtında ABŞ, Böyük Britaniya və Fransa xüsusi xidmət orqanları nümayəndələrinin qapalı toplantısı keçirilib.
Dünya"Telegram" Rusiyada cərimələndi
Rusiyada Moskvanın Taqanski Məhkəməsi "Telegram" mesencerini Rusiyada qadağan olunmuş kontenti silməməkdə təqsirli bilib.
DünyaGünəşin aktivliyi artacaq
Təxminən iki həftədir ki, Günəşin fəallığında son illərin ən kəskin geriləmələrindən biri qeydə alınır. Ancaq cari həftə ərzində bu göstəricidə yenidən yüksəliş proqnozlaşdırılır.
DünyaAvstraliyalı sörfçü dünyanın ən zəhərli meduzasının hücumuna məruz qalıb - FOTO
Avstraliyada sörfçü dünyanın ən zəhərli meduzasının tərəfindən sancıldıqdan sonra xəstəxanaya yerləşdirilib.