
ABŞ-də altı uşağa illərlə işgəncə verən cütlük: Dəhşətli cinayətin təfərrüatı üzə çıxdı
ABŞ-də bir cütlük illərdir altı uşağa qarşı amansız zorakılıq etməkdə ittiham olunur.
ABŞ-də bir cütlük illərdir altı uşağa qarşı amansız zorakılıq etməkdə ittiham olunur.
Gundem.today xəbər verir ki, bu barədə "The New York Post" qəzeti məlumat yayıb.
İstintaq materiallarına əsasən, 38 yaşlı Keysi Kano və 35 yaşlı Meri Kano uşaqlara qarşı sistematik şəkildə fiziki zorakılıq tətbiq edib və onları ac saxlayıblar. Onlara qarşı qəddar rəftar, vəzifə öhdəliklərinə laqeyd yanaşma və yetkinlik yaşına çatmayanların qanunsuz hərəkətlərə cəlb edilməsi maddələri üzrə ittihamlar irəli sürülüb.
Prokurorlar iddia edirlər ki, 2018-ci ildən 2022-ci ilə qədər uşaqlar mütəmadi olaraq kəmərlərlə döyülüblər. Onların bədənlərində çoxsaylı göyərmələr və qanaxma izləri aşkar edilib. İş materiallarında uşaqların bəzən günlərlə qidadan məhrum edildiyi qeyd olunur.
Azyaşlıların verdiyi ifadələr hadisənin dəhşətli tərəflərini üzə çıxarıb. Məlum olub ki, uşaqlar dözülməz aclıq səbəbindən kif atmış qidalar, həşəratlar, it yeməyi və hətta ot yeməyə məcbur qalıblar. Bundan əlavə, cütlüyün uşaqları müxtəlif üsullarla alçaltdığı da bildirilir.
Məlumata görə, ər-arvadın amansız rəftarı uşaqların 1-9 yaş aralığını əhatə edib. İstintaqın versiyasına görə, bəzi zorakılıq halları uşaqlar hələ körpə olarkən başlayıb. Hazırda faktla bağlı məhkəmə prosesi davam edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİsrailin hücumunda ağır yaralanan İranın keçmiş XİN başçısı öldü
İsrailin Tehrana etdiyi hava hücumu nəticəsində ağır yaralanan İranın keçmiş xarici işlər naziri Kamal Xarazi ölüb.
DünyaBöyük Britaniyada vəftiz mərasimi zamanı faciə: Pastor qadın kişini suda boğub
Böyük Britaniyada vəftiz mərasimi zamanı bədbəxt hadisə baş verib.
Dünya"İmperatorun sonu": Ağ buzlaqların tək sahibləri niyə tarixə qovuşur?
Antarktidada yaşayan imperator pinqvinləri nəsli kəsilmək təhlükəsi altında olan növlərin siyahısına daxil edilib.
DünyaÇində 89 yaşlı qadın 27-ci mərtəbədən divarla enərək xilas olub
Çində 89 yaşlı qadın kilidli qaldığı yataq otağından çıxmaq üçün binanın xarici divarı ilə 27-ci mərtəbədən 21-ci mərtəbəyə enib.