
ABŞ-də banka silahlı hücum: İki əməkdaş qətlə yetirildi
ABŞ-nin Kentukki ştatında yerləşən banklardan birinə edilən silahlı basqın zamanı cinayətkar iki əməkdaşı qətlə yetirib.
ABŞ-nin Kentukki ştatında yerləşən banklardan birinə edilən silahlı basqın zamanı cinayətkar iki əməkdaşı qətlə yetirib.
Gundem.today xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.
Xəbərə görə, faciəvi hadisə aprelin 30-da Briya şəhərində qeydə alınıb. Silahlı cinayətkarın ofisə daxil olması nəticəsində bankın iki işçisi - bir qadın və bir kişi ölümcül güllə yaraları alıblar.
"Şübhəli şəxsin bankdan hər hansı bir məbləğlə və ya qənimətlə ayrılıb-ayrılmadığı məlum deyil", - deyə materialda qeyd olunur.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarın axtarışlarını aparır. Polisdən verilən açıqlamaya əsasən, istintaqın əlində bəzi ipucları var. Asayiş keşikçiləri ehtimal edilən oğrunun təhlükəsizlik kameralarına düşən fotolarını ictimaiyyətə təqdim ediblər. Həmin şəxsin əynində boz şalvar və açıqrəngli üst geyimi, əllərində əlcək, üzündə isə maska olduğu görünür.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Kriminal"Kanal 21" və "bakuxeber.az"ın rəhbərləri həbs ediliblər
"Kanal 21" "YouTube" səhifəsinin rəhbəri Fərhad Quluyev və "bakuxeber.az" saytının rəhbəri Zamiq Quliyev həbs ediliblər.
KriminalBorca görə avtomobilin dövlət nömrə nişanını oğurlayan şəxs HƏBS EDİLDİ
Bakının Nərimanov rayonu ərazisində vətəndaşlardan birinin "Toyota" markalı avtomobilinin üzərindən dövlət qeydiyyat nişanı oğurlanıb.
KriminalBalakəndə kanalizasiya borularını oğurlayan şəxs saxlanıldı - VİDEO
Balakəndə kanalizasiya borularını oğurlayan şəxs saxlanılıb.
KriminalBayrağa hörmətsizlik etdi, polis hərəkətə keçdi - VİDEO
Sosial şəbəkədə dövlət bayrağımıza hörmətsizlik edən şəxsin görüntüləri yayılıb.