
ABŞ-də iki milyon dollarlıq kuryoz fırıldaq: Ata və qızı məşhur rəsmləri saxtalaşdıraraq satıblar - FOTO
ABŞ-də ata və qızı təxminən iki milyon dollar məbləğində saxta sənət əsərlərinin satışında təqsirlərini etiraf ediblər.
ABŞ-də ata və qızı təxminən iki milyon dollar məbləğində saxta sənət əsərlərinin satışında təqsirlərini etiraf ediblər.
Gundem.today xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
Bildirilib ki, 26 yaşlı qadın və onun 50 yaşlı atası tanınmış rəssamların əsərlərinin saxta variantını Polşada hazırlayıblar. Daha sonra onları ABŞ-yə gətirərək hərrac evləri vasitəsilə satıblar.
İstintaq müəyyən edib ki, ümumilikdə azı 200 surət hazırlanıb. Guya rəssam Riçard Meyhyuya məxsus olan belə işlərdən birini 160 min dollara satmaq mümkün olub.
Təqsirləndirilən şəxslər 2020-ci ildən belə işlərlə məşğul olublar. Onlar əsərlərə orijinal görünüş vermək üçün köhnə kağızlardan və qalereyaların saxta möhürlərindən istifadə ediblər.
Məhkəmədə hər iki iştirakçı qanunsuz əməllərini boynuna alıb.
Ata və qızını üç ildən artıq azadlıqdan məhrumetmə və təxminən 1.9 milyon dollar məbləğində kompensasiya cəzası gözləyir. Bundan əlavə onların Polşaya deportasiyası da istisna edilmir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTürkiyədə dəhşətli qəza: 3 ölü, 30-dan çox yaralı var - VİDEO
Türkiyənin Balıkesir bölgəsinin Bandırma rayonunda sərnişin avtobusunun aşması nəticəsində azı 3 nəfər ölüb, 31 nəfər yaralanıb.
DünyaKral III Çarlzla bağlı növbəti skandal - Tərs tutulmuş Britaniya bayrağı ilə qarşılandı - VİDEO
Kral III Çarlz ABŞ-də qəbiristanlıqda tərsinə tutulmuş Böyük Britaniya bayrağı ilə qarşılanıb.
DünyaKral III Çarlzla bağlı növbəti qalmaqal - Tərs tutulmuş Britaniya bayrağı ilə qarşılandı - VİDEO
Kral III Çarlz ABŞ-də qəbiristanlıqda tərsinə tutulmuş Böyük Britaniya bayrağı ilə qarşılanıb.
DünyaNiderland şahzadələrinə qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Niderlandın hüquq-mühafizə orqanları vəliəhd şahzadə Amaliya və onun bacısı şahzadə Aleksiyaya qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxsi həbs edib.