Son dəqiqə
Samir Oruc vəzifəsindən AYRILDIMüşfiq Məmmədli: "TƏBİB-dəki yeni təyinat səhiyyə islahatlarının məntiqi davamıdır"Daşınmaz əmlakı sığorta etdirənlərin sayı niyə azalıb? - VİDEOABŞ-də Livan və İsrail arasında danışıqlar başa çatıbBulvarda gülləri əzənlər bloqerlər imiş - ADLAR - FOTOVens: "İranın nüvə silahı əldə etməsi qəbulolunmazdır"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. ABŞ-də Livan və İsrail arasında baş tutacaq danışıqların mövzusu açıqlandı
ABŞ-də Livan və İsrail arasında baş tutacaq danışıqların mövzusu açıqlandı
Dünya

ABŞ-də Livan və İsrail arasında baş tutacaq danışıqların mövzusu açıqlandı

Bu gün
16:52
0 baxış
Paylaş:

Livan və İsrail arasında bu gün axşam saatlarında Vaşinqtonda keçiriləcək danışıqlar yalnız atəşkəs razılaşmasının əldə edilməsinə yönələcək.

Livan və İsrail arasında bu gün axşam saatlarında Vaşinqtonda keçiriləcək danışıqlar yalnız atəşkəs razılaşmasının əldə edilməsinə yönələcək.

Gundem.today xəbər verir ki, bu barədə Livanın rəsmi mənbələrə istinadən "Al Jazeera" telekanalı məlumat yayıb.

Bildirilib ki, Beyrutun mövqeyi aydındır və danışıqlar atəşkəsin əldə edilməsinə hesablanıb.

Mənbə qeyd edib ki, bu görüş bir növ hazırlıq xarakteri daşıyır. O vurğulayıb ki, ABŞ dövlət katibinin İsraillə danışıqlarda iştirakı prosesə Birləşmiş Ştatların dəstəyinin sübutudur.

Daha əvvəl ərəb ölkələrindən birinə aid diplomatik mənbə TASS-a bildirib ki, İsraillə yeni atəşkəs sazişinin əldə edilməsi Vaşinqtonda keçiriləcək Beyrut-Təl-Əviv danışıqlarında prioritetdir.

Həmçinin bildirilir ki, "Hizbullah" hərəkatı ABŞ-də İsrail və Livan arasında birbaşa danışıqlarda əldə oluna biləcək istənilən razılaşmanı qəbul etməyəcək.

"Livan və İsrail arasında danışıqların nəticələrinə gəlincə, bu bizi qətiyyən maraqlandırmır və narahat etmir. Onların razılaşacaqlarına özümüzü bağlı hesab etməyəcəyik", - deyə "Hizbullah" hərəkatın nümayəndəsi Vafiq Safa bildirib.

İsrailin Baş naziri Benyamin Netanyahu daha əvvəl bəyan etmişdi ki, aprelin 14-də Livan tərəfi ilə danışıqlarda yəhudi dövləti "Hizbullah"ın təkcə cənub sərhəd bölgələrində deyil, ölkənin bütün ərazisində tərk-silah edilməsinə nail olmağa çalışacaq. Hər iki tərəf danışıqlarda ABŞ-dəki səfirlər səviyyəsində təmsil olunacaq.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Livan#İsrail#atəşkəs#Vaşinqton_danışıqları#Hizbullah#Yaxın_Şərq#ABŞ#Benyamin_Netanyahu#Vafiq_Safa#diplomatik_görüş

Oxşar Xəbərlər

ABŞ-də Livan və İsrail arasında danışıqlar başa çatıbDünya

ABŞ-də Livan və İsrail arasında danışıqlar başa çatıb

Livan və İsrail nümayəndələri arasında münaqişənin tənzimlənməsi üzrə görüş iki saatdan çox davam edib.

Bu gün
22:320
Vens: "İranın nüvə silahı əldə etməsi qəbulolunmazdır"Dünya

Vens: "İranın nüvə silahı əldə etməsi qəbulolunmazdır"

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens İranın danışıqlarda çətin tərəf olduğunu bildirib.

Bu gün
22:200
İrəvanda Samvel Karapetyanın partiyasının üzvü saxlanılıbDünya

İrəvanda Samvel Karapetyanın partiyasının üzvü saxlanılıb

"Taşir" Qrupunun rəhbəri Samvel Karapetyanın "Güclü Ermənistan" partiyasının şura üzvü Qoar Qumaşyan İrəvanda saxlanılıb.

Bu gün
22:060
Tramp: "Meloninin cəsur olduğunu düşünürdüm, amma yanılmışam"Dünya

Tramp: "Meloninin cəsur olduğunu düşünürdüm, amma yanılmışam"

"İtaliyanın Baş naziri Corcia Melonidə yanılmışam".

Bu gün
21:360