Son dəqiqə
Azərbaycanın səhiyyə sistemində yeni mərhələ: Əsas məqsəd vətəndaş məmnunluğunu artırmaqdırAltay Bayındır Türkiyəyə qayıdır: Müqavilənin şərtləri razılaşdırıldıYaxın Şərqdə gözlənilməz sülh həmləsi: Üç ölkə razılığa gəldiAzərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazandıBanqladeş sahillərində gəmi qəzaya uğradı: Azı 250 nəfər itkin düşübÖzbək şahmatçı dünya çempionu adı uğrunda mübarizə aparacaq
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Müşfiq Məmmədli: "TƏBİB-dəki yeni təyinat səhiyyə islahatlarının məntiqi davamıdır"
Müşfiq Məmmədli: "TƏBİB-dəki yeni təyinat səhiyyə islahatlarının məntiqi davamıdır"
Siyasət

Müşfiq Məmmədli: "TƏBİB-dəki yeni təyinat səhiyyə islahatlarının məntiqi davamıdır"

Bu gün
22:42
0 baxış
Paylaş:

"TƏBİB-in yeni icraçı direktorunun təyinatını ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən ardıcıl və məqsədyönlü islahatların məntiqi davamı kimi qiymətləndirirəm. Bu addım idarəetmədə çevikliyin artırılması və mövcud potensialın daha səmərəli reallaşdırılması baxımından əhəmiyyətlidir".

"TƏBİB-in yeni icraçı direktorunun təyinatını ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən ardıcıl və məqsədyönlü islahatların məntiqi davamı kimi qiymətləndirirəm. Bu addım idarəetmədə çevikliyin artırılması və mövcud potensialın daha səmərəli reallaşdırılması baxımından əhəmiyyətlidir".

Bu fikirləri Gundem.today-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yeni icraçı direktoru Anar Bayramovun təyinatını şərh edən deputat Müşfiq Məmmədli deyib.

M.Məmmədli qeyd edib ki, bu təyinat vətəndaş məmnunluğunun artırılmasına yönəlmiş yeni mərhələnin başlanğıcına ciddi təkan verəcək:

"Xüsusilə xidmətlərin keyfiyyəti və əlçatanlığı sahəsində müsbət dəyişikliklər gözləniləndir. Yeni rəhbərlik dövründə səhiyyə və sosial müdafiə sistemləri arasında koordinasiyanın daha da gücləndirilməsi istiqamətində institusional əməkdaşlığın dərinləşdirilməsi və məlumat mübadiləsinin effektiv mexanizmlərlə təmin olunması gözlənilir.

Tibbi sığorta fondunun vəsaitlərinin daha şəffaf, məqsədyönlü və səmərəli idarə olunması istiqamətində yeni yanaşmaların tətbiqi proqnozlaşdırılır ki, bu da ümumi sistemin dayanıqlılığını artıracaq".

Deputat qeyd edib ki, bu təyinatın tibbi xidmətlərin əlçatanlığı, operativliyi və keyfiyyətinə müsbət təsir göstərəcəyinə inanır:

"İdarəetmədə effektivliyin artması birbaşa xidmət səviyyəsində də öz əksini tapacaq. TƏBİB-in tibbi xidmətlərin göstərilməsində rolunun daha da gücləndirilməsi üçün yeni idarəetmə alətləri və koordinasiya mexanizmləri tətbiq olunacaq, bu da xidmətlərin vahid standartlar əsasında təşkilinə imkan yaradacaq.

İnstitusional gücün artırılması istiqamətində rəqəmsallaşmanın genişləndirilməsi, idarəetmədə şəffaflığın artırılması və vətəndaşyönümlü yanaşmanın gücləndirilməsi prioritetlərdən olacaq".

M.Məmmədli əlavə edib ki, yeni rəhbərliyin TƏBİB-in müasir və dayanıqlı təşkilat kimi inkişafına töhfəsi ilk növbədə idarəetmə çevikliyinin artırılması və resurslardan daha səmərəli istifadə ilə özünü göstərəcək:

"Bu dəyişikliklər TƏBİB-in səhiyyə sistemində yaranan çağırışlara daha operativ və adekvat reaksiya vermək qabiliyyətini gücləndirəcək, qərarvermə prosesini daha sürətli və əsaslandırılmış edəcək. Ümumilikdə, bu təyinat əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsinin yüksəldilməsinə, daha keyfiyyətli və əlçatan xidmət modelinin formalaşmasına mühüm töhfə verəcək".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Tibbi_Ərazi_Bölmələrini_İdarəetmə_Birliyi_(TƏBİB)#Müşfiq_Məmmədli

Oxşar Xəbərlər

Azərbaycanın səhiyyə sistemində yeni mərhələ: Əsas məqsəd vətəndaş məmnunluğunu artırmaqdırSiyasət

Azərbaycanın səhiyyə sistemində yeni mərhələ: Əsas məqsəd vətəndaş məmnunluğunu artırmaqdır

Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda müxtəlif sahələr üzrə genişmiqyaslı və sistemli islahatlar həyata keçirilir. Bu islahatlar ölkənin sosial-iqtisadi inkişafını sürətləndirməklə yanaşı, idarəetmədə daha çevik və səmərəli mexanizmlərin formalaşdırılmasına, həmçinin vətəndaş məmnunluğunun artırılmasıa xidmət edir. Xüsusilə sosial sahədə atılan addımlar əhalinin rifahının yüksəldilməsinə yönəlib. Bütün bu islahatların əsas məqsədi dövlət xidmətlərini daha keyfiyyətli səv

Bu gün
23:540
Gərginlik artdı: İranı misli görünməmiş plan gözləyir? - VİDEOSiyasət

Gərginlik artdı: İranı misli görünməmiş plan gözləyir? - VİDEO

ABŞ Silahlı Qüvvələrinin Hörmüz boğazını blokadaya almasından sonra sual yarandı: bunun nəticəsi necə olacaq? Çünki ABŞ Prezidenti Donald Tramp bildirirdi ki, İranın 150-dən çox gəmisi məhv edilib, onların donanması yoxdur. İrandan cavab gəldi: "Tramp haradan bilir ki, bizim donanmamız yoxdur?"

Bu gün
21:240
Enerji bazarında şərtləri dəyişən Yaxın Şərq gərginliyi: Azərbaycan nə qazanır, nə itirir?Siyasət

Enerji bazarında şərtləri dəyişən Yaxın Şərq gərginliyi: Azərbaycan nə qazanır, nə itirir?

Yaxın Şərqdə artan geosiyasi gərginlik fonunda qlobal enerji bazarlarında ciddi dalğalanmalar müşahidə olunur. İsrail-ABŞ və İran münaqişəsi fonunda Yaxın Şərqdə baş verən qarşıdurmalar neft qiymətlərinə birbaşa təsir edərək, bazarda qeyri-sabitliyi daha da artırıb.

Bu gün
19:360
Elçin Əmirbəyov: "Ətrafımızdakı qeyri-sabitlik tarixi fürsətdən istifadə etməyin vacibliyini vurğulayır" - VİDEOSiyasət

Elçin Əmirbəyov: "Ətrafımızdakı qeyri-sabitlik tarixi fürsətdən istifadə etməyin vacibliyini vurğulayır" - VİDEO

"2015-ci ildən ölkələrimiz Strateji Tərəfdaşlıq Haqqında sazişlə bağlıdır və əlbəttə ki, bizim energetika kimi ənənəvi əməkdaşlıq sahələrimiz var, lakin biz inanırıq ki, sənaye, kənd təsərrüfatı, turizm kimi digər sahələrdə hələ də çox vacib istifadə olunmamış potensial mövcuddur".

Bu gün
19:100