
ABŞ-də nadir "Lamborghini" hərraca çıxarılır
ABŞ-də keçiriləcək hərracda 1972-ci il istehsalı olan xüsusi "Lamborghini Miura" superkarı satışa çıxarılacaq.
ABŞ-də keçiriləcək hərracda 1972-ci il istehsalı olan xüsusi "Lamborghini Miura" superkarı satışa çıxarılacaq.
Gundem.today "Mecum Auctions" hərrac evinin rəsmi saytına istinadən xəbər verir ki, nadir avtomobil üçün 4-5 milyon dollar əldə olunacağı gözlənilir.
Sözügedən avtomobil texniki göstəricilərinə və vəziyyətinə görə əsl "zaman kapsulu" hesab olunur. 54 il əvvəl istehsal edilməsinə baxmayaraq, ortamühərrikli bu kupe cəmi 1 516 km yol qət edib. Demək olar ki, istifadə olunmayan superkar yaxşı qorunub saxlanılsa da, İtaliyada tam bərpa edilərək ideal vəziyyətə gətirilib.
Hərraca çıxarılan bu "Lamborghini Miura SV" versiyası olduqca unikaldır. O, məhdud sayda - cəmi 150 ədəd istehsal edilən SV seriyasına aiddir. Avtomobil xüsusi mavi-sarı rəng kombinasiyasında təqdim edilən yeganə nümunədir. Salonu ağ dəri ilə işlənən superkar kondisioner və elektrik şüşəqaldıranlarla təchiz olunub.
"Miura SV" modelin son və ən təkmilləşdirilmiş versiyasıdır. Avtomobil yaxşılaşdırılmış aerodinamikaya və 385 at gücünə malik 4.0 litrlik V12 mühərriklə təchiz edilib. Beşpilləli mexaniki sürət qutusu ilə təchiz olunan bu superkar 0-dan 100 km/saat sürəti cəmi 5.5 saniyəyə yığır. Maksimal sürəti 290 km/saat olan bu model öz dövründə dünyanın ən sürətli seriyalı avtomobili hesab olunurdu.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünya"OpenAI"nin rəhbəri: "Süni intellekt xəstəlikləri müalicə edəcək, lakin təhlükəli patogenlər də yarada bilər"
"Süni intellekt (AI) sayəsində bəşəriyyət bəzi xəstəlikləri müalicə edə biləcək, lakin pisniyyətli insanların əlində bu texnologiya yeni patogenlərin yaradılması üçün vasitəyə çevrilə bilər".
DünyaKolumbiyada 20 dəqiqəlik nəzarətsizlik faciə ilə bitdi: İki uşaq köhnə soyuducuda boğuldu
Kolumbiyanın Vista-Ermosa şəhərində valideyn nəzarətindən kənarda qalan iki azyaşlının həyatı faciəli şəkildə sonlanıb.
DünyaAlmaniyada radioaktiv element tapıldı: Sakinlər böyük faciədən son anda qurtuldular
Almaniyanın cənub-qərbindəki Fayhingen şəhəri yaxınlığında Pasxa yumurtası axtarışına çıxan iki sakinin tapıntısı genişmiqyaslı xüsusi əməliyyata səbəb olub.
DünyaYaddaşın itirilməsinin səbəbləri və bərpa yolları nələrdir?
Yaddaşın azalması və diqqətsizlik həmişə yaşla əlaqəli deyil. Bəzən bu hallar orqanizmin işindəki geri dönən problemlərdən xəbər verə bilər.