Son dəqiqə
Səhər saatlarında Xəzər dənizində zəlzələ oldu"OpenAI"nin rəhbəri: "Süni intellekt xəstəlikləri müalicə edəcək, lakin təhlükəli patogenlər də yarada bilər"Kolumbiyada 20 dəqiqəlik nəzarətsizlik faciə ilə bitdi: İki uşaq köhnə soyuducuda boğulduAlmaniyada radioaktiv element tapıldı: Sakinlər böyük faciədən son anda qurtuldularYaddaşın itirilməsinin səbəbləri və bərpa yolları nələrdir?ABŞ-də nadir "Lamborghini" hərraca çıxarılır
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Yaddaşın itirilməsinin səbəbləri və bərpa yolları nələrdir?
Yaddaşın itirilməsinin səbəbləri və bərpa yolları nələrdir?
Dünya

Yaddaşın itirilməsinin səbəbləri və bərpa yolları nələrdir?

Bu gün
05:20
0 baxış
Paylaş:

Yaddaşın azalması və diqqətsizlik həmişə yaşla əlaqəli deyil. Bəzən bu hallar orqanizmin işindəki geri dönən problemlərdən xəbər verə bilər.

Yaddaşın azalması və diqqətsizlik həmişə yaşla əlaqəli deyil. Bəzən bu hallar orqanizmin işindəki geri dönən problemlərdən xəbər verə bilər.

Gundem.today xəbər verir ki, bu barədə rusiyalı həkim Nikita Quryanov "İzvestiya" nəşrinə müsahibəsində danışıb.

Həkim qeyd edib ki, yaddaş pozğunluğu hər zaman yaşla bağlı geridönməz dəyişiklikləri göstərmir:

"Unutqanlıq adətən xarici və daxili faktorların təsiri altında tədricən inkişaf edir. Beynin enerji təchizatında yaranan pozuntular, oksigen, vitamin və mikroelementlərin çatışmazlığı, eləcə də qan axınının pisləşməsi burada əsas rol oynayır. Belə şəraitdə informasiyanın emal sürəti yavaşlayır və yeni xatirələrin formalaşması çətinləşir".

Mütəxəssis əlavə edib ki, xroniki yuxu çatışmazlığı, xüsusən də obstruktiv apnoe sindromu (yuxuda tənəffüsün kəsilməsi) idrak funksiyalarına ciddi təsir göstərir. Digər geniş yayılmış səbəb isə B12 vitamini və dəmir çatışmazlığıdır. Bu defisitlər sinir sisteminin işini yavaşladır və konsentrasiyanı pozur.

Nikita Quryanov müəyyən tibbi preparatların təsirinə də diqqət çəkib. Onun sözlərinə görə, bəzi dərmanların uzun müddət və nəzarətsiz istifadəsi idrak funksiyalarını basdıra bilər. Bu isə çox vaxt səhvən yaşla bağlı dəyişiklik kimi qəbul edilən davamlı yaddaş itkisinə səbəb olur.

Ekspert vurğulayıb ki, müvəqqəti unutqanlıqla patoloji vəziyyəti fərqləndirmək vacibdir. Əgər problemlər gündəlik həyata təsir etməyə başlayırsa, dezorientasiya (istiqaməti itirmə), apatiya və ya şəxsiyyət dəyişiklikləri ilə müşayiət olunursa, mütləq həkimə müraciət edilməlidir.

Diaqnostika vitamin və hormon səviyyələrinin, həmçinin damarların vəziyyətinin təhlili ilə başlamalıdır. Yuxu pozuntusu və ya çox dərman içmək kimi amillərin aradan qaldırılması ciddi müalicəyə ehtiyac olmadan yaddaşı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#yaddaş_itkisi#unutqanlıq#diqqətsizlik#yaddaşın_bərpası#koqnitiv_funksiyalar#B12_vitamini_çatışmazlığı#yaddaş_zəifliyi#sağlamlıq#beyin_fəaliyyəti#yuxu_pozğunluğu

Oxşar Xəbərlər

"OpenAI"nin rəhbəri: "Süni intellekt xəstəlikləri müalicə edəcək, lakin təhlükəli patogenlər də yarada bilər"Dünya

"OpenAI"nin rəhbəri: "Süni intellekt xəstəlikləri müalicə edəcək, lakin təhlükəli patogenlər də yarada bilər"

"Süni intellekt (AI) sayəsində bəşəriyyət bəzi xəstəlikləri müalicə edə biləcək, lakin pisniyyətli insanların əlində bu texnologiya yeni patogenlərin yaradılması üçün vasitəyə çevrilə bilər".

Bu gün
06:460
Kolumbiyada 20 dəqiqəlik nəzarətsizlik faciə ilə bitdi: İki uşaq köhnə soyuducuda boğulduDünya

Kolumbiyada 20 dəqiqəlik nəzarətsizlik faciə ilə bitdi: İki uşaq köhnə soyuducuda boğuldu

Kolumbiyanın Vista-Ermosa şəhərində valideyn nəzarətindən kənarda qalan iki azyaşlının həyatı faciəli şəkildə sonlanıb.

Bu gün
06:160
Almaniyada radioaktiv element tapıldı: Sakinlər böyük faciədən son anda qurtuldularDünya

Almaniyada radioaktiv element tapıldı: Sakinlər böyük faciədən son anda qurtuldular

Almaniyanın cənub-qərbindəki Fayhingen şəhəri yaxınlığında Pasxa yumurtası axtarışına çıxan iki sakinin tapıntısı genişmiqyaslı xüsusi əməliyyata səbəb olub.

Bu gün
05:460
ABŞ-də nadir "Lamborghini" hərraca çıxarılırDünya

ABŞ-də nadir "Lamborghini" hərraca çıxarılır

ABŞ-də keçiriləcək hərracda 1972-ci il istehsalı olan xüsusi "Lamborghini Miura" superkarı satışa çıxarılacaq.

Bu gün
04:420