
ABŞ-də texniki səhv qadını zəngin etdi
ABŞ-də maaşının hesablanmasında baş verən yanlışlıq nəticəsində artıq ödənilmiş 19 min dolları özündə saxladığı iddia edilən qadın hakim qarşısına çıxarılıb.
ABŞ-də maaşının hesablanmasında baş verən yanlışlıq nəticəsində artıq ödənilmiş 19 min dolları özündə saxladığı iddia edilən qadın hakim qarşısına çıxarılıb.
Gundem.today xəbər verir ki, bu hadisə barədə "USA Today" məlumat yayıb.
Arkanzasa bağlı Consboro şəhərinin sakini, 50 yaşlı Rene Nikol Koulman ahıl insanlara xidmət göstərən "Superior Senior Care" müəssisəsində çalışıb.
Normalda qadının saatlıq əməkhaqqı 16,50 dollar olub. Lakin 10 may 2025-ci ildə baş verən texniki səhv nəticəsində ona hər saat üçün 1650 dollar hesablanıb və bir növbəyə görə ümumilikdə 19 388 dollar ödənilib.
Şirkət rəhbərliyi səhvi aşkarlayaraq məbləğin geri qaytarılmasını tələb etsə də, Koulman pulu həyat yoldaşının yük avtomobilinin təmirinə xərclədiyini bildirərək bunu etməkdən imtina edib. Nəticədə müəssisə hüquq-mühafizə orqanlarına müraciət edib.
Müstəntiqin zəngindən sonra şübhəli şəxs əməkdaşlığa razılaşsa da, polis idarəsinə getməyib.
Aprelin 4-də saxlanılan Koulman sonradan girov qarşılığında sərbəst buraxılıb. Hazırda onu 10 min dollar cərimə və ya 10 ilədək həbs cəzası gözləyir. Təqsirləndirilən şəxsin məhkəmə prosesi mayın 18-də Kreyqhed Dairə Məhkəməsində keçiriləcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİran ABŞ-nin iki şərtini qəbul etmədi: Vens Tehrana son təklifini verdi
İran ABŞ-nin Hörmüz boğazı və nüvə energetikası ilə bağlı şərtlərini qəbul etməyib.
DünyaHaitidə ekskursiya zamanı izdihamda onlarla insan ölüb
Haitinin şimalındakı kənd ərazisində faciə baş verib. Qədim Laferyer qalası yaxınlığında yaşanan kütləvi izdiham azı 30 nəfərin həyatına son qoyub.
DünyaPakistan ABŞ-İran dialoqunda vasitəçiliyini davam etdirəcək
"İslamabad ABŞ və İran arasındakı dialoqda vasitəçilik rolunu yerinə yetirməyə davam edəcək və tərəflərin atəşkəs üzrə öhdəliklərini yerinə yetirməyə davam edəcəklərinə ümidvardır".
DünyaMacarıstanda parlament seçkisi keçirilir
Macarıstanda parlament seçkisi keçirilir.