
İran ABŞ-nin iki şərtini qəbul etmədi: Vens Tehrana son təklifini verdi
İran ABŞ-nin Hörmüz boğazı və nüvə energetikası ilə bağlı şərtlərini qəbul etməyib.
İran ABŞ-nin Hörmüz boğazı və nüvə energetikası ilə bağlı şərtlərini qəbul etməyib.
Gundem.today xəbər verir ki, bu barədə "Fars" agentliyi İslamabadda ABŞ və İran araında danışıqlarda iştirak edən nümayəndə heyətinə yaxın mənbəyə istinadən məlumat yayıb.
"Amerikalılar danışıqlar zamanı müharibə ilə əldə edə bilmədikləri hər şeyi tələb ediblər", - deyə həmsöhbət iddia edib.
Mənbə hesab edir ki, ABŞ tərəfi danışıqlar masasını tərk etmək üçün bəhanə axtarıb. "Tasnim" agentliyi də danışıqların nəticəsiz qalmasını Vaşinqtonun "həddindən artıq tələbləri" ilə əlaqələndirib.
Qeyd edək ki, İranla ABŞ arasında Pakistanda danışıqlar təxminən 21 saat davam edib.
ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens danışıqların razılaşma ilə nəticələnmədiyini bildirib. O deyib ki, ABŞ "qırmızı xətlər"ini çox aydın şəkildə qeyd edib, lakin İran bu şərtləri qəbul etməyib.
Vitse-prezident ABŞ-nin İrana son və ən yaxşı təklifini verdiyi bildirib. "Görək, iranlılar bunu qəbul edəcəklərmi?" - deyə o əlavə edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünya"WhatsApp" Pavel Durovun tənqidlərinə cavab verib
"WhatsApp" "Telegram"ın təsisçisi Pavel Durov tərəfindən messencerin təhlükəsizliyi ilə bağlı səsləndirilən ittihamlara cavab verib.
Dünyaİsrail ABŞ-İran danışıqları fonunda Livana zərbə endirib
İsrail Müdafiə Ordusu Livana gecə zərbəsi zamanı raket qurğusunun məhv edildiyini bildirib.
DünyaHaitidə ekskursiya zamanı izdihamda onlarla insan ölüb
Haitinin şimalındakı kənd ərazisində faciə baş verib. Qədim Laferyer qalası yaxınlığında yaşanan kütləvi izdiham azı 30 nəfərin həyatına son qoyub.
DünyaPakistan ABŞ-İran dialoqunda vasitəçiliyini davam etdirəcək
"İslamabad ABŞ və İran arasındakı dialoqda vasitəçilik rolunu yerinə yetirməyə davam edəcək və tərəflərin atəşkəs üzrə öhdəliklərini yerinə yetirməyə davam edəcəklərinə ümidvardır".