
Mirça Luçeskunun ölüm səbəbi açıqlandı
"Gazeta Sporturilor" nəşrinin direktoru və Mirça Luçeskunun yaxın dostu Ovidiu İoanitsoaya rumın mütəxəssisin ölümü barədə danışıb.
"Gazeta Sporturilor" nəşrinin direktoru və Mirça Luçeskunun yaxın dostu Ovidiu İoanitsoaya rumın mütəxəssisin ölümü barədə danışıb.
Gundem.today xəbər verirki, o, bu barədə "Golazo.ro"ya müsahibəsində danışıb.
"2-2.5 ay əvvəl onun heç bir problemi yox idi. Sonra leykoz ortaya çıxdı və hər şeyi mürəkkəbləşdirdi. Əslində, baş verənlərin səbəbi məhz budur. Biz diaqnozu gizlətməyə çalışırdıq, bunun şəxsi məsələ olduğunu deyirdik, lakin məhz leykoz ölümə səbəb oldu və onu sürətləndirdi.
Mən onunla İstanbuldakı matçdan bir-iki həftə əvvəl danışmışdım, çünki həkimlər ona həqiqəti deməkdən çəkinirdilər və mən vasitəçi kimi çıxış etdim. Dedim: "Mirça, həkimlər vəziyyətin ciddi olduğunu deyirlər". O isə cavab verdi: "Mən heç nə edə bilmərəm. Belə başlamışam - əgər lazımdırsa, belə də bitirəcəyəm". Bu, onun tərəfindən şüurlu şəkildə qəbul edilmiş bir risk idi", - deyə İoanitsoaya bildirib.
Qeyd edək ki, Mirça Luçesku aprelin 7-də 80 yaşında dünyasını dəyişib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanPremyer Liqa: "Qəbələ" "İmişli"ni, "Turan Tovuz" "Sumqayıt"ı qəbul edir
Misli Premyer Liqasında XXVII tura bu gün yekun vurulacaq.
İdman"Fənərbağça" səfərdə böyük hesabla qalib gəlib - VİDEO
Türkiyə Super Liqasının 29-cu turunda "Fənərbağça" səfərdə "Kayserispor"u 4:0 hesabı ilə məğlub edib.
İdman"Barselona" "Espanyol"u darmadağın etdi - VİDEO
İspaniya La Liqasının 31-ci turunda "Barselona" "Espanyol"u 4:1 hesabı ilə məğlub edib.
İdman"Bavariya" Bundesliqada 54 illik qol rekordunu yeniləyib
Almaniyanın "Bavariya" klubu Bundesliqa mövsümündə vurduğu 103-cü qolla öz rekordunu yeniləyib.