
ABŞ-dən Almaniya əleyhinə daha bir addım
ABŞ Almaniyada öz uzaqmənzilli silahlarının, o cümlədən "Tomahawk" qanadlı raketlərinin yerləşdirilməsi planlarını nəzərdən keçirə bilər.
ABŞ Almaniyada öz uzaqmənzilli silahlarının, o cümlədən "Tomahawk" qanadlı raketlərinin yerləşdirilməsi planlarını nəzərdən keçirə bilər.
Gundem.today xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Onlar bunu Amerika hərbçilərinin Almaniya ərazisindən çıxarılması ilə əlaqələndirirlər.
* ABŞ Almaniyadan 5 min hərbçisini çıxarır - Berlindən İLK REAKSİYA
Pentaqon ABŞ-nin Almaniyada uzaqmənzilli zərbə sistemlərini yerləşdirmək planları haqqında 2024-cü ilin iyulunda bəyan etmişdi. ABŞ-nin "SM-6" zenit raketlərinin, "Tomahawk" qanadlı raketlərinin və eksperimental hipersəs silahlarının Almaniyada yerləşdirilməsi barədə razılıq əldə edilmişdi. Onların quraşdırılması 2026-cı ilə planlaşdırılmışdı.
FT-nin məlumatına görə, Avropada 80 minə yaxın Amerika hərbçisi var, onlardan təxminən 36,4 min nəfəri Almaniyadadır. ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Almaniyadakı hərbi kontingentinin sayını əhəmiyyətli dərəcədə azaldacağını bildirib. O, Almaniyadan çıxarılan hərbçilərin sayının beş min nəfəri keçəcəyini qeyd edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİranda etiraz aksiyalarının iştirakçısı edam edildi
Bu gün İranda "Qadın, Həyat, Azadlıq" etiraz hərəkatı zamanı saxlanılan siyasi məhbus Mehrab Abdullazadə edam edilib.
DünyaÇexiyada Ermənistan səfirinin seyfi oğurlanıb
Naməlum şəxslər Ermənistanın Çexiyadakı səfirliyinin Praqa şəhərində yerləşən binasından səfirə məxsus seyfi oğurlayıblar.
DünyaNovosibirskdən Bakıya uçan təyyarə təcili eniş etdi
Novosibirskdən Bakıya uçan təyyarə sərnişinin səhhətinin pisləşməsi səbəbindən Omskda təcili eniş edib.
DünyaUkrayna Rusiyaya məxsus iki neft tankerini vurub - VİDEO
Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Müdafiə Qüvvələri Novorossiysk limanı akvatoriyasında Rusiyaya məxsus iki neft tankerini vurub.