
Finiş xəttini birinci keçən idmançı Əhməd Alkanoğlu: "Bakı Marafonu"nda qalib olmaq böyük xoşbəxtlikdir"
"Daha əvvəl Bakıda yarı marafonu qazanmış idmançı kimi yenidən burada - "Bakı Marafonu"nda qalib olmaq mənim üçün böyük xoşbəxtlikdir".
"Daha əvvəl Bakıda yarı marafonu qazanmış idmançı kimi yenidən burada - "Bakı Marafonu"nda qalib olmaq mənim üçün böyük xoşbəxtlikdir".
Gundem.today xəbər verir ki, bu sözləri "Bakı Marafonu 2026"da kişilər arasında finiş xəttini birinci keçən türkiyəli idmançı Əhməd Alkanoğlu jurnalistlərə açıqlamasında deyib.
"Bu gün mübarizə bir qədər çətin keçdi. Çünki yarış güclü külək şəraitində baş tutdu", - deyə o bildirib.
İdmançı yarışın təşkilində əməyi olan hər kəsə təşəkkürünü ifadə edib:
"Marafon təşkil etmək asan deyil. Bu işdə zəhməti olan hər kəsə minnətdaram. Məşqçilərimə, ailəmə və mənə dəstək olanlara təşəkkür edirəm. Eyni zamanda sponsorlara və Azərbaycandakı bütün idmansevərlərə də minnətdarlığımı bildirirəm".
Ə.Alkanoğlu əlavə edib ki, "Bakı Marafonu"nda müxtəlif kateqoriyalar üzrə yarışların keçirilməsi tədbirin əsas üstünlüklərindən biridir:
"Mən Türkiyədən gəlmişəm. Bu gün Türkiyə bayrağını dalğalandırdığım üçün qürur hissi keçirirəm. Ümid edirəm ki, daha böyük marafonlarda daha yaxşı nəticələr əldə edəcəyəm", - deyə o fikrini yekunlaşdırıb.
Qeyd edək ki, mayın 3-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2026"da kişilər arasında birinci yeri Türkiyədən Əhməd Alkanoğlu tutub. Ukraynalı Vitaliy Şafar ikinci, Qırğızıstan təmsilçisi Yrskeldi Akerov isə üçüncü olub.
Qadınların yarışında Rusiyadan Elena Tolstykh birinci, Azərbaycandan Anna Yusupova ikinci, Qazaxıstandan Şirin Akimbay üçüncü yeri tutub.
Bu il Bakı Marafonu ilk dəfə olaraq yarı marafon (21 km) deyil, tam marafon - 42 kilometrlik məsafə üzrə təşkil olunub və yarışa 25 min iştirakçı qatılıb.
Artıq doqquzuncu dəfə keçirilən "Bakı Marafonu" idmanın inkişafına dəstək vermək və sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.
Marafonda tanınmış ictimai-siyasi xadimlər, incəsənət nümayəndələri və ziyalılar da iştirak ediblər.
Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Böyük Britaniya, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Çin və digər ölkələrin nümayəndələri də yarışa qatılıblar.
Hər il olduğu kimi, builki marafonda da fiziki məhdudiyyətli şəxslər, eləcə də Daun sindromlu iştirakçılar yer alıblar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Bakı Marafonu 2026"nın qalibləri müəyyənləşdi - FOTO
Mayın 3-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2026"nın qalibi müəyyənləşib.
İdmanİlham Məhərrəmov: "Marafonda iştirak etməkdən məmnunuq"
"Yarış barədə təəssüratlarımız çox yaxşıdır".
İdmanAmerikalı üzgüçü Uolş dünya rekordunu yenilədi
İkiqat Olimpiya çempionu, amerikalı üzgüçü Qretçen Uolş 100 metr məsafəyə kəpənək (batterflay) üzmə üsulunda dünya rekordu yeniləyib.
İdmanRəsul Çunayev: "Yarışla bağlı təəssüratlarımız çox əladır"
"Yarışla bağlı təəssüratlarımız çox əladır".