
ABŞ Hörmüz boğazını minalardan təmizləmək üçün bölgəyə gəmilər göndərir
Ən azı altı gəmidən ibarət qrup Hörmüz boğazının minalardan təmizlənməsinə yönəldilib.
Ən azı altı gəmidən ibarət qrup Hörmüz boğazının minalardan təmizlənməsinə yönəldilib.
Gundem.today xəbər verir ki, bu barədə ABŞ-nin hərbi nəşri TWZ məlumat yayıb.
Məlumata görə, gəmilərdən üçü hazırda Hind okeanında yerləşir, ikisi isə artıq boğazdan keçib. ABŞ minalardan təmizləmə əməliyyatında İranla münaqişədən əvvəl Bəhreyndəki bazasında yerləşən minaaxtaran gəmisini cəlb etməyi planlaşdırır.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp sərbəst gəmiçiliyin təmin edilməsi üçün ölkəsinin Hörmüz boğazını minalardan təmizləməyə başladığını bəyan etmişdi.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTramp İslamabadda İranla danışıqların mümkünlüyünü açıqladı
ABŞ Prezidenti Donald Tramp yaxın iki gün ərzində Pakistanda İranla danışıqların baş tuta biləcəyini bildirib. Onun sözlərinə görə, Pakistan tərəfinin vasitəçilik səyləri səbəbindən görüşün məhz bu ölkədə keçirilməsi ehtimalı daha yüksəkdir.
DünyaRusiya ordusu xaricdəki vətəndaşlarını qoruyacaq - YENİ QANUN
Rusiya Dövlət Duması ölkə hüdudlarından kənarda çətin duruma düşən vətəndaşların müdafiəsi strategiyasında ciddi dəyişikliklərə səbəb olacaq yeni qanun layihəsini birinci oxunuşda təsdiqləyib.
Dünyaİran ABŞ və İsraillə münaqişə fonunda həmrəyliyə görə Azərbaycana təşəkkür edib
İran ABŞ və İsraillə münaqişə fonunda göstərilən həmrəyliyə görə Azərbaycana və digər ölkələrə təşəkkürünü bildirib.
DünyaFransada korrupsiya qalmaqalı: Polis Yelisey sarayında axtarış apardı
Fransa məhkəmə polisinin maliyyə bölməsinin əməkdaşları Yelisey sarayında axtarış aparıblar.