
Rusiya ordusu xaricdəki vətəndaşlarını qoruyacaq - YENİ QANUN
Rusiya Dövlət Duması ölkə hüdudlarından kənarda çətin duruma düşən vətəndaşların müdafiəsi strategiyasında ciddi dəyişikliklərə səbəb olacaq yeni qanun layihəsini birinci oxunuşda təsdiqləyib.
Rusiya Dövlət Duması ölkə hüdudlarından kənarda çətin duruma düşən vətəndaşların müdafiəsi strategiyasında ciddi dəyişikliklərə səbəb olacaq yeni qanun layihəsini birinci oxunuşda təsdiqləyib.
Gundem.today rg.ru-ya istinadən xəbər verir ki, sözügedən sənəd başqa dövlətlərin məhkəmə instansiyaları tərəfindən cinayət məsuliyyətinə cəlb edilən Rusiya vətəndaşlarının müdafiəsi məqsədilə Rusiya ordusunun tətbiqinə şərait yaradacaq.
Rusiya hökuməti ölkə rəhbərinə həbs edilən, nəzarətə götürülən və müxtəlif formalarda təqiblərlə üzləşən vətəndaşların təhlükəsizliyini təmin etmək üçün hərbi qüvvələrin cəlb olunması barədə göstəriş vermək hüququnun tanınmasını irəli sürüb. Bu təşəbbüs Rusiyanın iştirak etmədiyi beynəlxalq məhkəmələrin və ya xarici hüquq-mühafizə orqanlarının qərarlarına, həmçinin verilən hökmlərin rəsmi Moskvanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və yaxud BMT Təhlükəsizlik Şurasının sənədlərinə əsaslanmadığı vəziyyətlərə şamil edilir.
Qanun layihəsinə görə, ölkə prezidentinin müvafiq sərəncamından sonra, yuxarıda qeyd olunan şəxslərin müdafiəsi istiqamətində Rusiyanın aidiyyəti dövlət qurumları da öz səlahiyyət hüdudlarında zəruri addımlar atmalıdırlar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaBerlin Kiyev üçün büdcə baryerini aşdı: Ukraynada birgə hərbi sənaye dövrü başlayır
"Ukraynanın Almaniya ilə dörd milyard avroluq yeni əməkdaşlıq paketi "Patriot" zenit-raket kompleksləri üçün raketlərin alınmasını, həmçinin dronların birgə istehsalını nəzərdə tutur".
DünyaYaxın Şərqdə gözlənilməz sülh həmləsi: Üç ölkə razılığa gəldi
ABŞ, İsrail və Livan birbaşa danışıqlara başlamağa razılaşıblar.
DünyaBanqladeş sahillərində gəmi qəzaya uğradı: Azı 250 nəfər itkin düşüb
Andaman dənizinin Banqladeş sahillərində baş verən gəmi qəzası nəticəsində qadın və uşaqlar da daxil olmaqla, azı 250 nəfər itkin düşüb.
DünyaABŞ İran limanlarının blokadasında nə qədər hərbçinin iştirak etdiyini açıqladı
İran limanlarının blokadasında 10 mindən çox amerikalı hərbi qulluqçu iştirak edir.