
Qazaxıstan öz hava məkanından Türkiyə hərbi təyyarələrinin keçidinə icazə verəcək
Qazaxıstan öz hava məkanından Türkiyəyə məxsus hərbi personalın və texnikanın tranzit keçidinə şərait yaradacaq.
Qazaxıstan öz hava məkanından Türkiyəyə məxsus hərbi personalın və texnikanın tranzit keçidinə şərait yaradacaq.
Gundem.today orda.kz-ə istinadla xəbər verir ki, bununla bağlı müvafiq qanun layihəsi parlamentin plenar iclasında qəbul edilib.
Müdafiə nazirinin müavini Əsgər Mustabekov bildirib ki, Türkiyənin hərbi təyyarələri və yükləri Qazaxıstan səmasından istifadə edə bilər, ancaq bu proses əvvəlcədən razılaşdırılmalıdır:
"Qaydalara əsasən, iki variant nəzərdə tutulur: konkret uçuşa aid birdəfəlik buraxılış və ya illik icazə. Tranzit prosesi birdəfəlik və ya illik icazələr çərçivəsində baş tutur. Hər bir ölkənin verilmiş müraciəti geri çevirmək, təsdiqlənmiş icazəni ləğv etmək və ya müvəqqəti dayandırmaq hüququ var".
Ə.Mustabekov əlavə edib ki, Qazaxıstan tərəfi təhlükəli bildiyi istənilən hərbi tranzit uçuşunu anında dayandıra bilər. İcazənin verilməsindən öncə isə aidiyyəti qurumlar bütün detalları - uçuş aparatının növünü, yükün həcmini, xarakterini və təyyarədəki şəxsi heyətin sayını diqqətlə yoxlayacaqlar:
"Uçuş vasitəsinin növü, yükün təyinatı, çəkisi və hərbçilərin sayı barədə məlumatlar təqdim olunur, dövlət orqanları isə bu tranzitin mövcud tələblərə uyğunluğunu dəyərləndirir".
Bununla yanaşı, millət vəkilləri sənəddə konkret olaraq müəyyənləşdirilmiş müddətlərin yer almamasına da diqqət çəkiblər və sual ünvanlayıblar.
Nazir müavini deyib ki, dövlət ən qısa zamanda cavab verməlidir, ancaq konkret bir tarix tələb olunmur.
Qeyd olunub ki, sözügedən sənəd heç bir əlavə büdcə xərci yaratmır. Əksinə, bu razılaşma Qazaxıstana sülhməramlı missiyalar da daxil olmaqla, beynəlxalq əməliyyatlarda iştirak potensialını artırmağa imkan verəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaSEPAH: "ABŞ və İsrail hədəflərinə qarşı 100-cü hücum dalğasına hazırıq" - VİDEO
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bölgədəki ABŞ-İsrail hədəflərinə qarşı 100-cü mümkün hücum dalğası barədə bəyanat verib.
Dünyaİlon Mask "ChatGPT" yaradıcısını məhkəməyə verir
Məşhur milyarder İlon Mask "OpenAI" şirkəti ilə davam edən məhkəmə çəkişməsi çərçivəsində qurumun baş direktoru Sem Altmanın vəzifəsindən uzaqlaşdırılmasını tələb edir.
DünyaABŞ-İran atəşkəsindən sonra Hörmüz boğazından ilk gəmi keçdi
ABŞ və İran arasında ikihəftəlik atəşkəs elan edilməsindən sonra ilk gəmi Tehranın icazəsi ilə Hörmüz boğazından keçib.
Dünyaİranla atəşkəsin PƏRDƏARXASI: Region ABŞ və Çin arasında yenidən bölüşdürülür? - VİDEO
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışında ABŞ və İran arasında əldə olunan iki həftəlik atəşkəslə bağlı müzakirə aparılıb.