
Bakıda və Abşeronda KÜLƏK GÜCLƏNƏCƏK
Aprelin 9-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib.
Aprelin 9-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib.
Gundem.today xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Ağstafa, Qazax, Gəncə, Mingəçevir, Bərdə, Tərtər, Ağdam, Kəlbəcər, Yevlax, Zərdab, Göyçay, Qusar, Balakən, Zaqatala, Şəki, Qax, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Neftçala, Goranboy, Daşkəsən, Naftalanda isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər rayonlarda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBaş həkim: "Məqsədimiz görünüşü dəyişmək deyil, itirilmiş funksiyanı qaytarmaqdır" - FOTO
"Səhiyyə Nazirliyinin dəstəyi ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu nəzdində yaradılan yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının əsas fəaliyyət istiqaməti ilk növbədə rekonstruktiv (bərpaedici) əməliyyatlardır. Məqsəd yalnız xarici görünüşü dəyişmək deyil, insanın zədələnmiş və ya itirilmiş bədən hissəsini mümkün qədər əvvəlki vəziyyətinə qaytarmaqdır".
CəmiyyətCari ildə 74 uşağın müəssisəyə verilməsinin qarşısı alınıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən bu ilin ilk rübündə də həssas kateqoriyadan olan ailələrə səfərlər edilib və ilkin qiymətləndirmə aparılaraq müvafiq dəstək tədbirləri göstərilib.
CəmiyyətSübutlar nə vaxt və necə təqdim olunmalıdır? - Ali Məhkəmədən İZAH
Məhkəmədə qalib gəlmək təkcə haqlı olmaqdan asılı deyil. Mülki işlər üzrə məhkəmə çəkişmələrinin uğurlu nəticəsi əsasən təqdim olunan sübutlardan asılıdır. Mülki prosessual qanunvericiliyə əsasən, məhkəmə yalnız işdə olan sübutlar əsasında qərar qəbul edir.
CəmiyyətAprelin 16-25-də Lirid meteor yağışı olacaq
Aprelin 16-dan 25-dək Lirid meteor yağışı müşahidə ediləcək.