Son dəqiqə
"Real Madrid"də ulduzların savaşı: Mbappe və Vinisius arasında gərginlik böyüyürSərxoş olub maşında yatdı, telefonu oğurlandı - ANBAAN VİDEOAzərbaycana yüksəkdozalı C vitamini preparatının idxalı dayandırılır? - RƏSMİ CAVABEmin Ağalarov "Bakı Marafonu 2026" ilə bağlı paylaşım edib - VİDEONaxçıvanda yeni direktor təyinatları olubBakı və Qarabağda birinci sinfə qəbulla bağlı alternativ mərkəzlər yaradıldı - SİYAHI
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. ABŞ İrana qarşı əməliyyatları bərpa edir? - "Ordu hərəkətə hazırdır"
ABŞ İrana qarşı əməliyyatları bərpa edir? - "Ordu hərəkətə hazırdır"
Dünya

ABŞ İrana qarşı əməliyyatları bərpa edir? - "Ordu hərəkətə hazırdır"

Bu gün
11:40
0 baxış
Paylaş:

"ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etməyə yaxındır".

"ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etməyə yaxındır".

Gundem.today xəbər verir ki, bu barədə "Fox News" telekanalı ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

ABŞ-nin adı açıqlanmayan yüksəkvəzifəli rəsmisi telekanala bildirib:

"Biz 24 saat əvvəlkinə nisbətən genişmiqyaslı döyüş əməliyyatlarının bərpasına daha yaxınıq. Bu, İranın ABŞ-nin gəmilərini atəşə tutması, BƏƏ-yə raketlər və pilotsuz uçuş aparatları ilə zərbələr endirməsi fonunda baş verib".

Ölkə rəsmiləri son qərarın ABŞ lideri Donald Trampa aid olduğunu vurğulayaraq, ordunun hərəkətə keçməyə hazır vəziyyətdə dayandığını əlavə ediblər.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.

Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.

Aprelin 22-nə planlaşdırılmış ikinci görüş isə baş tutmayıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#ABŞ#İran#hərbi_əməliyyat#Fox_News#Donald_Tramp#raket_zərbələri#PUA#hərbi_gərginlik#ABŞ_ordusu#BƏƏ

Oxşar Xəbərlər

ABŞ hərbi aviasiyası İrana aid qayıqları bombaladıDünya

ABŞ hərbi aviasiyası İrana aid qayıqları bombaladı

Amerika Birləşmiş Ştatlarına məxsus helikopterlər Hörmüz boğazı ərazisində İrana məxsus qayıqlara zərbə endiriblər.

Bu gün
12:160
ABŞ kəşfiyyatından açıqlama: İrana nüvə silahı üçün nə qədər vaxt lazımdır?Dünya

ABŞ kəşfiyyatından açıqlama: İrana nüvə silahı üçün nə qədər vaxt lazımdır?

ABŞ xüsusi xidmət orqanlarının nümayəndələri hesab edirlər ki, Vaşinqton və Təl-Əvivin həyata keçirdiyi müştərək əməliyyat İranın nüvə fəaliyyətlərinə ağır zərbə vura bilməyib.

Bu gün
12:040
Ələ keçirilən İran tankerlərindəki neftin taleyi necə olub?Dünya

Ələ keçirilən İran tankerlərindəki neftin taleyi necə olub?

ABŞ Hind okeanında ələ keçirilən İran tankerlərindən əldə edilmiş neftin böyük hissəsini özünə götürüb.

Bu gün
11:320
CAR-dan dəhşətli görüntülər: Timsahın yediyi iş adamının kimliyi müəyyən olundu - FOTO-VİDEODünya

CAR-dan dəhşətli görüntülər: Timsahın yediyi iş adamının kimliyi müəyyən olundu - FOTO-VİDEO

Cənubi Afrikada itkin düşmüş 59 yaşlı iş adamı Qabriel Batistanın qalıqları timsahın mədəsində tapılıb.

Bu gün
11:220