
"Real Madrid"də ulduzların savaşı: Mbappe və Vinisius arasında gərginlik böyüyür
İspaniya mediasında "Real Madrid" klubunun aparıcı ulduzları Kilian Mbappe və Vinisius Junior arasında münasibətlərin gərginləşməsi barədə yeni şayiələr dalğası yayılıb.
İspaniya mediasında "Real Madrid" klubunun aparıcı ulduzları Kilian Mbappe və Vinisius Junior arasında münasibətlərin gərginləşməsi barədə yeni şayiələr dalğası yayılıb.
Gundem.today xəbər verir ki, jurnalist Fransua Qalyardonun iddiasına görə, fransalı hücumçu Vinisius da daxil olmaqla, komandanın bəzi oyunçuları tərəfindən özünü xəyanətə uğramış hiss edir.
Məlumata əsasən, Mbappenin anası Fayza Lamari yay aylarında klub prezidenti Florentino Peresə qəti bir ultimatum irəli sürəcək.
Qalyardo vurğulayır ki, Mbappenin ətrafı məsələni olduqca sərt şəkildə qoya bilər. "Real Madrid" ya Vinisiusla yollarını ayırmalı, ya da fransalı ulduz özü komandanı tərk etməli olacaq.
Bununla belə, hələlik nə klub rəhbərliyi, nə də futbolçuların nümayəndələri tərəfindən bu məlumatla bağlı heç bir rəsmi təsdiq verilməyib. Qeyd edək ki, bundan əvvəl "Barselona" ilə yaxınlaşan matç fonunda Mbappenin İtaliyaya son səfərinin digər oyunçuların narazılığına səbəb olduğu bildirilirdi.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Arsenal"ın "Atletiko Madrid" ilə oyunu hansı kanalda yayımlanacaq?
Bu axşam UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunu keçirilir.
İdmanElnurə Emreli: "Baş məşqçinin Mahirlə problemi var"
"Mahirin Almaniyanın "Kayzerslautern" klubunda az şans qazanmasını baş məşqçi ilə şəxsi münasibətlərlə əlaqələndiririk".
İdmanEmin Ağalarov "Bakı Marafonu 2026" ilə bağlı paylaşım edib - VİDEO
"Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov Bakıda keçirilən "Bakı Marafonu 2026" ilə bağlı paylaşım edib.
İdman"Mançester Yunayted" Maykl Kerriklə bağlı qərarını verdi
"Mançester Yunayted" klubu hazırda komandanı müvəqqəti çalışdıran baş məşqçi Maykl Kerrikin gələcək taleyinə aydınlıq gətirib.