
ABŞ İraqda qaçırılan amerikalı jurnalistin azad edildiyini təsdiqlədi
ABŞ-nin dövlət katibi Marko Rubio İraq ərazisində girov götürülən ABŞ vətəndaşı olan jurnalist Şelli Kittlsonun azadlığa qovuşduğunu təsdiq edib.
ABŞ-nin dövlət katibi Marko Rubio İraq ərazisində girov götürülən ABŞ vətəndaşı olan jurnalist Şelli Kittlsonun azadlığa qovuşduğunu təsdiq edib.
Gundem.today xəbər verir ki, dövlət rəsmisi bu barədə özünün "X" hesabında məlumat paylaşıb.
"Bir müddət əvvəl "Kətaib Hizbullah" qruplaşmasının üzvləri tərəfindən qaçırılan amerikalı jurnalist Şelli Kittlsonun sərbəst buraxılması xəbərini verməkdən şadam", - deyə Rubio bildirib.
O əlavə edib ki, hazırda Birləşmiş Ştatların administrasiyası jurnalistin İraqdan təhlükəsiz qaydada çıxarılması üzərində işləyir.
Qeyd edək ki, Kittlsonun azad edilməsi barədə ilk olaraq "Kətaib Hizbullah" qruplaşması məlumat yaymışdı.
Xatırladaq ki, ABŞ pasportu daşıyan jurnalist qadın martın 31-də İraqın paytaxtının mərkəzi hissəsində, məskunlaşdığı mehmanxananın yaxınlığında naməlum şəxslər tərəfindən qaçırılmışdı. Şelli Kittlson uzun illər idi ki, Bağdad şəhərində çalışırdı və onun hazırladığı xəbərlər daha çox İraqdakı silahlı dəstələrə, ABŞ və İraq arasındakı əlaqələrə, həmçinin bölgədəki təhlükəsizlik məsələlərinə yönəlmişdi. Bir müddət sonra ABŞ Dövlət Departamenti media nümayəndəsinin oğurlanması faktını rəsmi olaraq təsdiqləmişdi.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaKolumbiyada eyni avtobus ikinci dəfə ağır qəzaya düşdü: Altı nəfər öldü, xeyli yaralı var
Kolumbiyanın İbaqe şəhərində avtobusun aşması nəticəsində altı nəfər ölüb, azı 22 nəfər yaralanıb.
Dünyaİsrailin Livanın cənubuna hücumu nəticəsində dörd nəfər həlak olub
İsrail qüvvələrinin Livanın cənubunda həyata keçirdiyi hava hücumu nəticəsində dörd nəfər qətlə yetirilib.
DünyaNetanyahu: "ABŞ İsrailə zəmanət verib, İrana qarşı hücumların dayandırılmasını dəstəkləyirik"
Amerika Birləşmiş Ştatları İranla aparılan danışıqlar prosesində hər iki dövlətin ümumi maraqlarına sadiq qalacağı barədə İsrailə zəmanət verib.
DünyaTramp: "Atəşkəs Yaxın Şərq üçün qızıl dövr ola bilər" - FOTO
"İran yenidənqurma prosesinə başlaya bilər".