
Netanyahu: "ABŞ İsrailə zəmanət verib, İrana qarşı hücumların dayandırılmasını dəstəkləyirik"
Amerika Birləşmiş Ştatları İranla aparılan danışıqlar prosesində hər iki dövlətin ümumi maraqlarına sadiq qalacağı barədə İsrailə zəmanət verib.
Amerika Birləşmiş Ştatları İranla aparılan danışıqlar prosesində hər iki dövlətin ümumi maraqlarına sadiq qalacağı barədə İsrailə zəmanət verib.
Gundem.today xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri İsrailin Baş naziri Binyamin Netanyahunun müvafiq açıqlamasına istinadla məlumat yayıb.
Media orqanının istinad etdiyi hökumət rəhbərinin bəyanatında bildirilir:
"Birləşmiş Ştatlar gələcək danışıqlar fonunda ABŞ, İsrail və bölgədəki müttəfiqlərin ortaq hədəflərinin reallaşmasına sadiqliyi ilə bağlı İsraili əmin edib".
Bununla yanaşı, İsrail rəhbərliyi Trampın İrana hərbi zərbələrin dayandırılması ilə bağlı qərarını təqdir edir.
"İranın Hörmüz boğazını dərhal açması və ABŞ, İsrail, eləcə də region dövlətlərinə yönəlmiş bütün hücumları dayandırması şərtilə İsrail Trampın İrana zərbələri iki həftə müddətinə təxirə salmaq qərarını müdafiə edir", - deyə Netanyahunun açıqlamasında vurğulanır.
O, həmçinin əlavə edib ki, yəhudi dövləti rəsmi Vaşinqtonun "İran təhdidi"nin neytrallaşdırılması istiqamətindəki fəaliyyətinə yüksək dəyər verir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaKİV: İran Hörmüz boğazından milyardlarla dollar gəlir əldə edəcək
"Ehtimal olunur ki, gəmilərin Hörmüz boğazından keçməsi üçün 2 milyon dollar rüsum tətbiq edilərsə, İranın bu istiqamətdən illik gəlirləri ən azı 64 milyard dollara çata bilər".
DünyaŞimali Koreya Yapon dənizinə doğru ballistik raketlər atdı
Şimali Koreya Yapon dənizi istiqamətində bir neçə ballistik raket buraxıb.
DünyaKolumbiyada eyni avtobus ikinci dəfə ağır qəzaya düşdü: Altı nəfər öldü, xeyli yaralı var
Kolumbiyanın İbaqe şəhərində avtobusun aşması nəticəsində altı nəfər ölüb, azı 22 nəfər yaralanıb.
Dünyaİsrailin Livanın cənubuna hücumu nəticəsində dörd nəfər həlak olub
İsrail qüvvələrinin Livanın cənubunda həyata keçirdiyi hava hücumu nəticəsində dörd nəfər qətlə yetirilib.