Son dəqiqə
Xarici İşlər Nazirliyində işləmək istəyənlərin NƏZƏRİNƏPolis kursantları Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş fləşmob keçirblər - FOTO - VİDEOParisin Cənubi Qafqaz siyasətinin pərdəarxası: İnsan haqları ritorikası altında geosiyasi maraqlar? - VİDEOŞəhid xanımına leytenant rütbəsi təqdim olundu - FOTO"Report" Analitik Qrupundan Rusiyanın "Birinci kanal"ına tərs şillə"Real Madrid"də nələr baş verir? - Alonsonun gedişi komandanı iki yerə bölübmüş
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. ABŞ-nin hərb nazirinə qarşı AĞIR İTTİHAMLAR - İmpiçment tələbi
ABŞ-nin hərb nazirinə qarşı AĞIR İTTİHAMLAR - İmpiçment tələbi
Dünya

ABŞ-nin hərb nazirinə qarşı AĞIR İTTİHAMLAR - İmpiçment tələbi

16 aprel 2026
11:32
0 baxış
Paylaş:

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratlar hərb naziri Pit Heqsetin impiçmenti ilə bağlı qətnamə layihəsi irəli sürürlər. Sənəddə altı ittiham əksini tapır.

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratlar hərb naziri Pit Heqsetin impiçmenti ilə bağlı qətnamə layihəsi irəli sürürlər. Sənəddə altı ittiham əksini tapır.

Gundem.today xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Bildirilib ki, ittihamlar arasında Konqresin razılığı olmadan İrana zərbələrin endirilməsi, ABŞ hərbçilərinin həddindən artıq təhlükəyə atılması və silahlı münaqişə qanunlarının pozulması yer alır.

Demokratların fikrincə, Heqset İranda mülki əhali arasında çoxlu sayda insan itkisinə və mülki infrastrukturun dağılmasına səbəb olan əməliyyatlara icazə verib, göz yumub və ya onların qarşısını almayıb. Açıqlamada xüsusilə Minab şəhərindəki qızlar məktəbinə, eləcə də Karib dənizindəki gəmilərə edilən hücumlar vurğulanır.

İttihamlardan biri məxfi məlumatlarla ehtiyatsız davranışa aiddir. Söhbət "Atlantic" nəşrinin redaktoru Ceff Qoldberqin təsadüfən Heqset və digər yüksək rütbəli ABŞ rəsmilərinin Yəmənə zərbələri müzakirə etdiyi "Signal" çatına əlavə edilən "Signalgate" qalmaqalından gedir. Müəlliflər hesab edirlər ki, Pentaqon rəhbəri məxfi və gizli məlumatlarla işləyərkən kobud səhlənkarlıq nümayiş etdirib və öz ehtiyatsız, eləcə də yersiz davranışı ilə ABŞ personalının təhlükəsizliyini riskə atıb.

Heqset eyni zamanda vəzifə səlahiyyətlərindən sui-istifadədə və ictimaiyyətin Pentaqona olan inamını sarsıtmaqda günahlandırılır.

"Axios" nəşrinin qeyd etdiyi kimi, qətnamənin Konqresdən keçmək şansı demək olar ki, yoxdur. Lakin bu, demokratların nazirə qarşı birləşərək, onu Donald Tramp administrasiyasında yeni əsas hədəfə çevirdiklərini göstərir. Bundan əvvəl onlar sonradan Tramp tərəfindən işdən çıxarılan sabiq daxili təhlükəsizlik naziri Kristi Noem və keçmiş baş prokuror Pem Bondinin impiçmentində israr edirdilər. Nəşr yazır ki, Heqset yeni "qorxulu fiqur" rolu üçün əsas namizəddir.

"Bu, Hərb Nazirliyinin İranda prezidentin hədəflərinə qətiyyətlə və böyük ölçüdə nail olduğu bir vaxtda demokratların xəbər başlıqlarına düşmək üçün növbəti cəhdidir", - deyə Pentaqonun mətbuat katibi Kinqsli Uilson "Axios"a verdiyi açıqlamada bildirib. O, əlavə edib ki, Heqset vətəni qorumağa və güc yolu ilə sülhü bərqərar etməyə davam edəcək.

Qeyd olunur ki, impiçment qətnaməsi yeddi səhifədən ibarətdir. Sənədi Konqresə seçilmiş ilk İran əsilli amerikalı, Nümayəndələr Palatasının üzvü Yassamin Ənsari (Arizona ştatından demokrat) təklif edib.

Həmmüəlliflər arasında Stiv Koen (Tennessi), Jasmen Krokett (Texas), Nikema Uilyams (Corciya), Dina Titus (Nevada), Devid Min (Kaliforniya), Şri Tanedar (Miçiqan), Brittani Pettersen (Kolorado) və Sara Makbrayd (Delaver) yer alırlar.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Pit_Heqset#impiçment#ABŞ_Müdafiə_Nazirliyi#Pentaqon#demokratlar#Konqres#Nümayəndələr_Palatası#Signalgate#İrana_zərbələr#Donald_Tramp#Yassamin_Ənsari

Oxşar Xəbərlər

Pentaqonun rəsmi saytında yadplanetlilərlə bağlı məlumatlar yerləşdirilibDünya

Pentaqonun rəsmi saytında yadplanetlilərlə bağlı məlumatlar yerləşdirilib

ABŞ-nin Müdafiə Nazirliyi naməlum uçan obyektlərə (UNO) dair arxiv sənədlərini ictimaiyyətə açıqlayıb.

8 may 2026
18:280
Pentaqonun rəsmi saytında yadplanetlilərlə bağlı məlumatlar yerləşdirilib - FOTODünya

Pentaqonun rəsmi saytında yadplanetlilərlə bağlı məlumatlar yerləşdirilib - FOTO

ABŞ-nin Müdafiə Nazirliyi naməlum uçan obyektlərə (UNO) dair arxiv sənədlərini ictimaiyyətə açıqlayıb.

8 may 2026
18:280
ABŞ-nin Kuba ilə bağlı planı bəlli olduDünya

ABŞ-nin Kuba ilə bağlı planı bəlli oldu

"ABŞ hakimiyyəti hazırda Kubaya qarşı hərbi əməliyyatlar keçirilməyi planlaşdırmır".

8 may 2026
18:080
ABŞ hərbçiləri İran gəmisini vurub: 10 iranlı dənizçi xəsarət alıbDünya

ABŞ hərbçiləri İran gəmisini vurub: 10 iranlı dənizçi xəsarət alıb

Amerika Birləşmiş Ştatlarının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Oman körfəzi sularında mülki yük gəmisinə gecə saatlarında endirdiyi zərbə nəticəsində azı 10 İran dənizçisi xəsarət alıb, daha beş nəfər isə itkin düşüb.

8 may 2026
17:520