
ABŞ-nin Hörmüzdə saxladığı İran gəmisinin 15 nəfərlik heyəti geri döndü
ABŞ tərəfindən saxlanılan İrana məxsus "Touska" konteyner gəmisinin 15 nəfərlik heyəti İslam Respublikasına qayıdıblar.
ABŞ tərəfindən saxlanılan İrana məxsus "Touska" konteyner gəmisinin 15 nəfərlik heyəti İslam Respublikasına qayıdıblar.
Gundem.today xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayımlayıb.
Xəbərə əsasən, dənizçilər Pakistan ərazisindən çıxaraq İranın cənub-şərq hissəsindəki Sistan və Bəlucistan ostanında fəaliyyət göstərən sərhəd-keçid məntəqəsi vasitəsilə İslam Respublikasına daxil olublar.
Hörmüz boğazı sularında Amerika Birləşmiş Ştatlarının blokadasını aşmağa cəhd edən zaman saxlanılan İran gəmisi, eləcə də onun heyəti Pakistana təhvil verilib.
Gundem.today xəbər verir ki, bu barədə "ABC News" ABŞ Mərkəzi Komandanlığının rəsmi nümayəndəsi kapitan Tim Hokinsə istinadla məlumat yayıb.
"Bu gün ABŞ ordusu "Touska" gəmisinin 22 nəfərlik heyətinin Pakistana repatriasiyası prosesini yekunlaşdırıb. Keçən həftə isə daha altı sərnişin repatriasiya məqsədilə region ölkələrindən birinə göndərilib", - deyə T.Hokins qeyd edib.
ABŞ Hərbi Dəniz Qüvvələrinin kapitanı əlavə edib ki, "Touska" yük gəmisi öz əvvəlki sahibinə geri verilir.
Xatırladaq ki, aprel ayının 19-da İran bayrağı altında hərəkət edən "Touska" gəmisi Oman körfəzində ABŞ-nin dəniz blokadasından çıxmağa cəhd göstərib. Gəmi ABŞ hərbçilərinin xəbərdarlıqlarına məhəl qoymayaraq hərəkəti dayandırmaqdan imtina etdiyi üçün hücuma məruz qalıb.
Sonradan ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən gəminin Bəndər Abbas limanı istiqamətində hərəkət etdiyi açıqlanıb. ABŞ Hərbi Dəniz Qüvvələrinin endirdiyi zərbə nəticəsində gəminin mühərrik hissəsi zədələnərək sıradan çıxıb.
"Touska" gəmisinin saxlanılmasından sonra İran Silahlı Qüvvələrinin mərkəzi qərargahının nümayəndəsi Həzrəti Xətəm əl-Ənbiya rəsmi Tehranın cavab addımları üzərində işlədiyini bəyan edib və baş verən insidenti "ABŞ tərəfindən həyata keçirilən silahlı dəniz quldurluğu" kimi qiymətləndirib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaBeynəlxalq sanksiyalar və İran: Tehran destruktiv siyasətini necə davam etdirir? - VİDEO
"Yarım əsrə yaxındır ki, İrandakı vilayəti-fəqih ideologiyasına söykənən teokratik və totalitar rejim istər region, istərsə də bütövlükdə beynəlxalq sistem üçün ciddi problemə çevrilib. İslam Respublikasının banisi ayətullah Xomeyninin inqilabı digər müsəlman ölkələrinə ixrac etmək doktrinası sonrakı mərhələdə, rejimin ikinci ali rəhbəri Əli Xameneinin dönəmində "müqavimət oxu"nun formalaşdırılması şəklində gerçəkləşib və regional sabitlik üçün daimi təhdid rolunu oynayıb. Eyni zamanda, İran rej
Dünya"İran Hörmüzdən keçən tankerə PUA-larla hücum edib" - BƏƏ-dən bəyanat
"İran qüvvələri Hörmüz boğazından keçən ADNOC neft şirkətinə məxsus tankerə iki PUA ilə hücum edib".
DünyaCENTCOM-dan ABŞ gəmisinin vurulmasına REAKSİYA
İran tərəfindən həyata keçirilən hücumlar zamanı ABŞ-yə məxsus heç bir gəmiyə ziyanın dəymədiyi bildirilib.
DünyaQlobal aviaşirkətlər iki milyon sərnişin yerini ixtisar etdilər - SƏBƏB
Beynəlxalq aviaşirkətlər gələcəkdə yarana biləcək yanacaq qıtlığı təhlükəsini nəzərə alaraq son iki həftə ərzində may ayı üzrə uçuş cədvəllərindəki sərnişin yerlərinin sayını iki milyon azaldıblar.