
"İran Hörmüzdən keçən tankerə PUA-larla hücum edib" - BƏƏ-dən bəyanat
"İran qüvvələri Hörmüz boğazından keçən ADNOC neft şirkətinə məxsus tankerə iki PUA ilə hücum edib".
"İran qüvvələri Hörmüz boğazından keçən ADNOC neft şirkətinə məxsus tankerə iki PUA ilə hücum edib".
Gundem.today xəbər verir ki, bu açıqlamanı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyi sosial şəbəkə hesabında məlumat yayıb.
"BƏƏ ADNOC-a məxsus tankerə qarşı terror hücumunu ən sərt şəkildə qınayır və narahatlığını bildirir", - deyə nazirlik bəyan edib.
Məlumata görə, hücum nəticəsində xəsarət alan olmayıb.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sahillərində, Hörmüz boğazında tanker naməlum hücuma məruz qalıb.
Gundem.today xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.
"UKMTO 78 dəniz mili (125,9 km - red.) şimalda, BƏƏ ərazisində baş verən hadisə barədə məlumat alıb. Tanker mənşəyi naməlum mərmilərlə atəşə tutulub", - deyə mərkəzin sosial şəbəkə hesabında məlumat verilib.
Qeyd olunur ki, gəmi heyəti təhlükəsizlikdədir, hadisə zamanı ətraf mühitə ziyan dəyməyib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaCENTCOM-dan ABŞ gəmisinin vurulmasına REAKSİYA
İran tərəfindən həyata keçirilən hücumlar zamanı ABŞ-yə məxsus heç bir gəmiyə ziyanın dəymədiyi bildirilib.
DünyaQlobal aviaşirkətlər iki milyon sərnişin yerini ixtisar etdilər - SƏBƏB
Beynəlxalq aviaşirkətlər gələcəkdə yarana biləcək yanacaq qıtlığı təhlükəsini nəzərə alaraq son iki həftə ərzində may ayı üzrə uçuş cədvəllərindəki sərnişin yerlərinin sayını iki milyon azaldıblar.
DünyaABŞ-nin Hörmüzdə saxladığı İran gəmisinin 15 nəfərlik heyəti geri döndü
ABŞ tərəfindən saxlanılan İrana məxsus "Touska" konteyner gəmisinin 15 nəfərlik heyəti İslam Respublikasına qayıdıblar.
DünyaYaponiyada yaddaşını itirən insanların bir trilyon dollardan çox kapitalı var
Yaponiyada inkişaf etmiş demensiyası (yaddaş, düşüncə, davranış, sosial bacarıqların ciddi şəkildə pisləşməsi və gündəlik fəaliyyətə təsir edən koqnitiv funksiyaların azalması simptomlarının toplusudur - red.) olan yaşlı insanların kapitalı ümumilikdə 187 trilyon yen (təxminən 1.2 trilyon dollar) təşkil edir.