Son dəqiqə
Güclü külək əsəcəkBeynəlxalq sanksiyalar və İran: Tehran destruktiv siyasətini necə davam etdirir? - VİDEOAzərbaycanda hüquqi aktların Dövlət Reyestrinə daxil edilmə qaydasında DƏYİŞİKLİKBəzi yerlərdə yağış yağacaq - XƏBƏRDARLIQBakıda müvəqqəti xüsusi hərəkət zolaqları təşkil ediləcək - SİYAHI - FOTORezidentura imtahanının nəticələri elan edilib
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Qlobal aviaşirkətlər iki milyon sərnişin yerini ixtisar etdilər - SƏBƏB
Qlobal aviaşirkətlər iki milyon sərnişin yerini ixtisar etdilər - SƏBƏB
Dünya

Qlobal aviaşirkətlər iki milyon sərnişin yerini ixtisar etdilər - SƏBƏB

Bu gün
15:54
0 baxış
Paylaş:

Beynəlxalq aviaşirkətlər gələcəkdə yarana biləcək yanacaq qıtlığı təhlükəsini nəzərə alaraq son iki həftə ərzində may ayı üzrə uçuş cədvəllərindəki sərnişin yerlərinin sayını iki milyon azaldıblar.

Beynəlxalq aviaşirkətlər gələcəkdə yarana biləcək yanacaq qıtlığı təhlükəsini nəzərə alaraq son iki həftə ərzində may ayı üzrə uçuş cədvəllərindəki sərnişin yerlərinin sayını iki milyon azaldıblar.

Gundem.today xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

"Cirium" analitik şirkətinin məlumatlarına əsaslanan portal bildirir ki, mümkün qıtlıq risklərinə görə minlərlə reys təxirə salınıb və bəzi daşıyıcılar yanacaq sərfiyyatını optimallaşdırmaq məqsədilə daha kiçik ölçülü, qənaətcil hava gəmilərindən istifadəyə başlayıblar.

Mövcud vəziyyət İrandakı münaqişə ilə bağlıdır və bu səbəbdən aviayanacağın qiymətinin iki dəfə bahalaşması şirkətləri biletlərin qiymətini artırmağa vadar edib. Nəşr bildirir ki, Avropa və Asiya arasındakı uçuşların üçdəbir hissəsini qəbul edən Fars körfəzi ölkələrinin hava limanlarının bağlanması qlobal aviasiya sektorunda ciddi fasilələr yaradıb.

Media orqanlarının yaydığı xəbərlərə əsasən, "Qatar", "Etihad" və "Emirates" kimi körfəz bölgəsi aviaşirkətləri bəzi reyslərin ləğvi də daxil olmaqla, may cədvəllərində müəyyən yeniliklər tətbiq ediblər. Eyni zamanda, "ANA", "China Air", "United" və "British Airways" kimi qlobal daşıyıcılar hava nəqliyyatındakı çətinlikləri tənzimləmək üçün marşrut şəbəkələrini yenidən formalaşdıraraq reyslərin sayını ixtisar edib və ya çoxaldıblar. Ümumi mənzərədə "Cirium"un hesabatına əsasən, may ayı üzrə bütün aviaşirkətlərin təqdim etdiyi sərnişin yerlərinin sayı aprelin ikinci yarısı ilə müqayisədə 132 milyondan 130 milyonadək azalıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Aviasiya_yanacağı#Aviaşirkətlər#Təyyarə_reysi

Oxşar Xəbərlər

Beynəlxalq sanksiyalar və İran: Tehran destruktiv siyasətini necə davam etdirir? - VİDEODünya

Beynəlxalq sanksiyalar və İran: Tehran destruktiv siyasətini necə davam etdirir? - VİDEO

"Yarım əsrə yaxındır ki, İrandakı vilayəti-fəqih ideologiyasına söykənən teokratik və totalitar rejim istər region, istərsə də bütövlükdə beynəlxalq sistem üçün ciddi problemə çevrilib. İslam Respublikasının banisi ayətullah Xomeyninin inqilabı digər müsəlman ölkələrinə ixrac etmək doktrinası sonrakı mərhələdə, rejimin ikinci ali rəhbəri Əli Xameneinin dönəmində "müqavimət oxu"nun formalaşdırılması şəklində gerçəkləşib və regional sabitlik üçün daimi təhdid rolunu oynayıb. Eyni zamanda, İran rej

Bu gün
16:320
"İran Hörmüzdən keçən tankerə PUA-larla hücum edib" - BƏƏ-dən bəyanatDünya

"İran Hörmüzdən keçən tankerə PUA-larla hücum edib" - BƏƏ-dən bəyanat

"İran qüvvələri Hörmüz boğazından keçən ADNOC neft şirkətinə məxsus tankerə iki PUA ilə hücum edib".

Bu gün
16:030
CENTCOM-dan ABŞ gəmisinin vurulmasına REAKSİYADünya

CENTCOM-dan ABŞ gəmisinin vurulmasına REAKSİYA

İran tərəfindən həyata keçirilən hücumlar zamanı ABŞ-yə məxsus heç bir gəmiyə ziyanın dəymədiyi bildirilib.

Bu gün
15:560
ABŞ-nin Hörmüzdə saxladığı İran gəmisinin 15 nəfərlik heyəti geri döndüDünya

ABŞ-nin Hörmüzdə saxladığı İran gəmisinin 15 nəfərlik heyəti geri döndü

ABŞ tərəfindən saxlanılan İrana məxsus "Touska" konteyner gəmisinin 15 nəfərlik heyəti İslam Respublikasına qayıdıblar.

Bu gün
15:530