
ABŞ-nin İranda əməliyyatlar üçün xərclədiyi məbləğ bəlli oldu
İrandakı hərbi əməliyyatlar ABŞ-yə təxminən 37 günlük döyüşlərdə 42.1 milyard dollardan çox ziyan vurub.
İrandakı hərbi əməliyyatlar ABŞ-yə təxminən 37 günlük döyüşlərdə 42.1 milyard dollardan çox ziyan vurub.
Gundem.today xəbər verir ki, bu barədə "Iran War Cost Tracker" portalı məlumat yayıb.
Nəşrin hesablaması Pentaqonun martın 10-da ABŞ Konqresi üçün keçirdiyi brifinqə əsaslanıb.
Həmin brifinqdə bildirilib ki, Vaşinqton Yaxın Şərqdə döyüş əməliyyatlarının ilk altı günü ərzində 11.3 milyard dollar xərcləyib və münaqişənin hər növbəti günü daha bir milyard dollar sərf etməyi planlaşdırır.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaCənubi Koreya prezidenti PUA insidentinə görə KXDR-dən üzr istədi
Cənubi Koreya prezidenti Li Ce Myonq Koreya Xalq Demokratik Respublikasına (Şimali Koreya - KXDR) dronların gizli şəkildə buraxılmasına görə üzr istəyib.
DünyaABŞ İran ərazisindəki pilotunun axtarışlarına elit hərbi dəstələri cəlb edib
ABŞ İran üzərində vurulan "F-15E" qırıcı təyyarəsinin ikinci heyət üzvünün xilasetmə əməliyyatına elit hərbi xüsusi təyinatlı qüvvələrini cəlb edib.
DünyaRusiyada daha bir nazir saxlanılıb
Rusiya Federasiyasının Krasnoyarsk diyarı üzrə tarif siyasəti naziri Aleksandr Ananyev külli miqdarda rüşvət alma ittihamı əsasında saxlanılıb.
Dünyaİlon Maskın atası: "Ceffri Epşteyn sağdır və buna şübhə yoxdur"
"ABŞ-li maliyyəçi Ceffri Epşteyn hələ də sağdır".