Son dəqiqə
Doqquzuncu sinif şagirdlərinin nəzərinə - Qeydiyyat başlanırÇempionlar Liqası öncəsi "Barselona"da şok: İki futbolçusu zədələndi - FOTOYevlaxda bədbəxt hadisə: 16 yaşlı gənci elektrik cərəyanı vurdu - VİDEOBakıda intensiv yağışlar fəsadlar törədib: Qurumlar gücləndirilmiş rejimdə işləyirlər - FOTOCənubi Koreya prezidenti PUA insidentinə görə KXDR-dən üzr istədiAzərbaycan və Belarus sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaq
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Vətəndaşların NƏZƏRİNƏ: Qanunvericiliyə maaşlarla bağlı mühüm dəyişiklik gözlənilir
Vətəndaşların NƏZƏRİNƏ: Qanunvericiliyə maaşlarla bağlı mühüm dəyişiklik gözlənilir
Cəmiyyət

Vətəndaşların NƏZƏRİNƏ: Qanunvericiliyə maaşlarla bağlı mühüm dəyişiklik gözlənilir

Bu gün
11:00
0 baxış
Paylaş:

İşəgötürənlərin bərabər əməkhaqqı təmin etmək öhdəliyi konkretləşdirilir.

İşəgötürənlərin bərabər əməkhaqqı təmin etmək öhdəliyi konkretləşdirilir.

Gundem.today-ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsində və "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihədə işəgötürənin əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri təkmilləşdirilir.

Layihəyə əsasən, cinsindən asılı olmayaraq, eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq, eyni və ya bərabərdəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqının verilməsini təmin etmək, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin və seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görülməlidir.

Sənədə əsasən, işəgötürən cinsindən asılı olmayaraq, eyni və ya bərabərdəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borcludur. İşin bərabərdəyərli olması əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan vahid tarif-ixtisas sorğu kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən ediləcək.

Qeyd olunur ki, Beynəlxalq Əmək Təşkilatının 100 nömrəli Konvensiyasına və Avropa Sosial Xartiyasına uyğun olaraq, kişi və qadınlara bərabərdəyərli əməyə görə bərabər əməkhaqqı verilməsi tam təmin olunmalıdır. Lakin mövcud qanunvericilkdə bu prinsip yalnız "eyni və ya oxşar işlər" çərçivəsində tətbiq olunur və daha geniş anlayışı əhatə etmir.

Bu xüsusda ölkədə əməkhaqqı sahəsində gender bərabərliyinin təmin olunması məqsədilə qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi zərurətini şərtləndirən əsas amillərdən biri də, məhz qeyd olunan beynəlxalq öhdəliklərdən irəli gəlir.

Bildirilir ki, bərabər dəyərli işin obyektiv qiymətləndirilməsinin əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan Vahid Tarif-İxtisas Sorğu Kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürənlər tərəfindən müəyyən edilməsi nəzərdə tutulur.

Həmçinin "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Qanuna təklif edilən dəyişikliyə görə, işəgötürən tərəfindən cinsindən asılı olmayaraq, eyni və ya bərabərdəyərli müxtəlif işi yerinə yetirən işçilərə əməkhaqqı bərabər ödənilməlidir. İşin bərabərdəyərli olması Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan vahid tarif-ixtisas sorğu kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən ediləcək.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Gender_bərabərliyi#bərabər_əməkhaqqı#Əmək_Məcəlləsi#işəgötürənin_vəzifələri#qadın_hüquqları#əmək_bazarı#seksual_qısnama#Milli_Məclis#ayrı-seçkilik#Beynəlxalq_Əmək_Təşkilatı#maaş_artımı#sosial_siyasət.

Oxşar Xəbərlər

Doqquzuncu sinif şagirdlərinin nəzərinə - Qeydiyyat başlanırCəmiyyət

Doqquzuncu sinif şagirdlərinin nəzərinə - Qeydiyyat başlanır

2026-2027-ci tədris ili üzrə "Rəqəmsal bacarıqlar" təmayüllü 10-cu siniflərə qəbul üçün qeydiyyat başlayır.

Bu gün
11:180
Bakıda intensiv yağışlar fəsadlar törədib: Qurumlar gücləndirilmiş rejimdə işləyirlər - FOTOCəmiyyət

Bakıda intensiv yağışlar fəsadlar törədib: Qurumlar gücləndirilmiş rejimdə işləyirlər - FOTO

"Aprelin 4-dən etibarən ölkə ərazisində müşahidə olunan intensiv yağıntılı hava şəraiti bir sıra fəsadlara səbəb olub. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, əsasən Bakı və Abşeron yarımadasında aprelin 5-6-da yağıntının miqdarı 90 mm təşkil edib ki, bu da aylıq normanın 390 faizinə bərabərdir".

Bu gün
11:260
Azərbaycan və Belarus sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaqCəmiyyət

Azərbaycan və Belarus sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaq

Azərbaycan və Belarus arasında sürücülük vəsiqələri qarşılıqlı şəkildə tanınacaq.

Bu gün
11:120
Azərbaycanda operativ nəqliyyat vasitələrinin siyahısı genişləndirilirCəmiyyət

Azərbaycanda operativ nəqliyyat vasitələrinin siyahısı genişləndirilir

"Yol hərəkəti haqqında" Qanuna operativ nəqliyyat vasitələrinin siyahısı ilə bağlı müvafiq dəyişikliyin edilməsi təklif olunur.

Bu gün
11:040