
Rusiyada daha bir nazir saxlanılıb
Rusiya Federasiyasının Krasnoyarsk diyarı üzrə tarif siyasəti naziri Aleksandr Ananyev külli miqdarda rüşvət alma ittihamı əsasında saxlanılıb.
Rusiya Federasiyasının Krasnoyarsk diyarı üzrə tarif siyasəti naziri Aleksandr Ananyev külli miqdarda rüşvət alma ittihamı əsasında saxlanılıb.
Gundem.today xəbər verir ki, bu barədə məlumat ölkənin İstintaq Komitəsinin "Max" platformasındakı rəsmi kanalında dərc olunub.
"Krasnoyarsk diyarının tarif siyasəti nazirinə qarşı cinayət işi başlanıb. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində (vəzifəli şəxs tərəfindən xüsusilə külli miqdarda rüşvət alma) nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinir. Şübhəli şəxs qismində saxlanılan nazir barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır", - deyə yayılan rəsmi bəyanatda bildirilir.
İstintaq orqanlarının məlumatına əsasən, 2022-ci ilin avqust ayında bir enerji şirkətinin faktiki rəhbəri həmin dövrdə Krasnoyarsk diyarının sənaye, energetika və mənzil-kommunal təsərrüfatı naziri postunu tutan Ananyevə müraciət edib. O, 10 milyon rubl (200 000 manatdan çox - red.) pul mükafatı müqabilində şirkətə ərazi şəbəkə təşkilatı statusunun verilməsini (bu addım güzəştli tariflərlə elektrik enerjisinin ötürülməsi hesabına mənfəət əldə etməyə şərait yaradırdı) xahiş edib və nazir bu təklifi qəbul edib.
İstintaq Komitəsindən verilən izahata görə, əldə olunmuş razılaşma çərçivəsində 2022-ci ilin noyabrında təqsirləndirilən şəxs enerji şirkətinin rəhbərindən rüşvətin 5 milyon rubl olan ilkin hissəsini alıb. Bunun ardınca şirkət şəbəkə təşkilatı statusuna yiyələnib və 2023-cü il üçün vahid qazan tarifləri sisteminə daxil edilib.
Xatırladaq ki, bir müddət öncə Stavropol diyarının energetika, sənaye və rabitə naziri İvan Kovalyov da vəzifə səlahiyyətlərini aşmaqda şübhəli bilinərək hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaCənubi Koreya prezidenti PUA insidentinə görə KXDR-dən üzr istədi
Cənubi Koreya prezidenti Li Ce Myonq Koreya Xalq Demokratik Respublikasına (Şimali Koreya - KXDR) dronların gizli şəkildə buraxılmasına görə üzr istəyib.
DünyaABŞ İran ərazisindəki pilotunun axtarışlarına elit hərbi dəstələri cəlb edib
ABŞ İran üzərində vurulan "F-15E" qırıcı təyyarəsinin ikinci heyət üzvünün xilasetmə əməliyyatına elit hərbi xüsusi təyinatlı qüvvələrini cəlb edib.
Dünyaİlon Maskın atası: "Ceffri Epşteyn sağdır və buna şübhə yoxdur"
"ABŞ-li maliyyəçi Ceffri Epşteyn hələ də sağdır".
DünyaABŞ-nin İranda əməliyyatlar üçün xərclədiyi məbləğ bəlli oldu
İrandakı hərbi əməliyyatlar ABŞ-yə təxminən 37 günlük döyüşlərdə 42.1 milyard dollardan çox ziyan vurub.