
ABŞ-nin məşhur aviaşirkəti fəaliyyətini dayandırdı
ABŞ-nin iri aviaşirkətlərindən olan "Spirit Airlines" fəaliyyətini dayandırdığını elan edib. Bütün uçuşlar ləğv edilib.
ABŞ-nin iri aviaşirkətlərindən olan "Spirit Airlines" fəaliyyətini dayandırdığını elan edib. Bütün uçuşlar ləğv edilib.
Gundem.today-ın "NBC News" telekanalına istinadən verdiyi məlumata görə, buna səbəblərdən biri də İrandakı münaqişə fonunda yaranan yanacaq böhranı olub. Qeyd edilir ki, şirkətin bağlanması onun minlərlə əməkdaşına və sərnişininə təsir göstərəcək.
Qeyd edək ki, "Bloomberg" agentliyi bir qədər əvvəl xəbər verib ki, dünyadakı aviaşirkətlər yanacağın kəskin bahalaşması səbəbindən reyslərin sayını ixtisar etməyə və təyyarələri istismardan çıxarmağa başlayıblar.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.
Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.
Aprelin 22-nə planlaşdırılmış ikinci görüş isə baş tutmayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaRusiyada KVN ulduzu dəhşətli qəzada həlak olub
Rusiyanın Krasnodar diyarının Adler şəhərində "Günəşdən yorulanlar" Şən və Hazırcavablar Klubunun (ŞHK - KVN) aktrisası Yelena Rıbalkonu maşın vurub və o, hadisə yerində həyatını itirib.
DünyaBir ay çəkən xilasetmə əməliyyatı: Balinanı dənizə barjanın köməyi ilə buraxdılar - VİDEO
Almaniyanın Baltik dənizi sahillərində təqribən bir ay dayaz sularda qalmış qozbel balina barjanı tərk edərək Şimal dənizinə buraxılıb.
DünyaTürkiyənin 16 vilayətində genişmiqyaslı əməliyyat: 198 nəfər saxlanıldı - VİDEO
Türkiyənin 16 vilayətində eyni vaxtda genişmiqyaslı əməliyyat keçirilib.
DünyaABŞ doqquz milyardlıq sazişləri təsdiqlədi - Ən müasir silahlar kimə satılacaq?
ABŞ Dövlət Departamenti İranla münaqişə fonunda Yaxın Şərqdəki müttəfiqlərinə 8.6 milyard dollardan çox mümkün silah satışı sazişlərini təsdiqləyib.