Son dəqiqə
ABŞ-nin məşhur aviaşirkəti fəaliyyətini dayandırdıBir ay çəkən xilasetmə əməliyyatı: Balinanı dənizə barjanın köməyi ilə buraxdılar - VİDEOÇili diplomatı: "2026-cı il üçün məqsəd - Azərbaycanla ticarət əlaqələrinin inkişafıdır"Piyada keçidi ticarət obyektləri ilə zəbt olunub - Sakinlərdən ŞİKAYƏT"Formula-1"in sabiq pilotu vəfat etdiYuri Qusev: "Qarabağdakı sürətli bərpa işləri Ukrayna üçün nümunə ola bilər"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Türkiyənin 16 vilayətində genişmiqyaslı əməliyyat: 198 nəfər saxlanıldı - VİDEO
Türkiyənin 16 vilayətində genişmiqyaslı əməliyyat: 198 nəfər saxlanıldı - VİDEO
Dünya

Türkiyənin 16 vilayətində genişmiqyaslı əməliyyat: 198 nəfər saxlanıldı - VİDEO

Bu gün
15:06
0 baxış
Paylaş:

Türkiyənin 16 vilayətində eyni vaxtda genişmiqyaslı əməliyyat keçirilib.

Türkiyənin 16 vilayətində eyni vaxtda genişmiqyaslı əməliyyat keçirilib.

Gundem.today xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, keçirilən əməliyyatlar nəticəsində mütəşəkkil cinayətkar qruplaşmalara ağır zərbə endirilib. Nazirlikdən verilən məlumata görə, 16 bölgədə 16 fərqli mütəşəkkil cinayətkar dəstəyə qarşı aparılan əməliyyatlarda hesablarında 3.5 milyard TL (təxminən 131 mln. manat) köçürmələr qeydə alınan 198 şübhəli ələ keçirilib. Rəsmi açıqlamada bildirilir ki, şübhəlilər sosial şəbəkələr vasitəsilə "investisiya məsləhətçiliyi" adı altında vətəndaşları aldadıb, müəssisələrdən təzyiq və hədə-qorxu yolu ilə qanunsuz gəlir əldə etməyə cəhd göstəriblər.

Bundan başqa, saxlanılanların narkotik vasitələrin mütəşəkkil satışı, qeyri-qanuni mərc oyunlarının təşkili və pul köçürmələrinə vasitəçilik, rəsmi sənədlərin saxtalaşdırılması, silah qaçaqmalçılığı və sələmçilik fəaliyyətləri ilə məşğul olduqları müəyyən edilib. Keçirilən əməliyyatlar çərçivəsində 24 daşınmaz əmlak, 16 daşınan əmlak və 1060 bank hesabına müsadirə qərarı tətbiq edilib. Məhkəməyə çıxarılan şübhəlilərdən 105-i həbs olunub, digərlərinin isə hüquqi prosedurlarının davam etdiyi qeyd olunub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#mütəşəkkil_cinayətkarlıq#daxili_işlər_nazirliyi#polis_əməliyyatı#16_vilayət_əməliyyatı#dələduzluq#silah_qaçaqmalçılığı#qeyri-qanuni_mərc#həbs_xəbərləri#türkiyədə_əməliyyat#cinayət_şəbəkəsi

Oxşar Xəbərlər

ABŞ-nin məşhur aviaşirkəti fəaliyyətini dayandırdıDünya

ABŞ-nin məşhur aviaşirkəti fəaliyyətini dayandırdı

ABŞ-nin iri aviaşirkətlərindən olan "Spirit Airlines" fəaliyyətini dayandırdığını elan edib. Bütün uçuşlar ləğv edilib.

Bu gün
16:180
Bir ay çəkən xilasetmə əməliyyatı: Balinanı dənizə barjanın köməyi ilə buraxdılar - VİDEODünya

Bir ay çəkən xilasetmə əməliyyatı: Balinanı dənizə barjanın köməyi ilə buraxdılar - VİDEO

Almaniyanın Baltik dənizi sahillərində təqribən bir ay dayaz sularda qalmış qozbel balina barjanı tərk edərək Şimal dənizinə buraxılıb.

Bu gün
16:060
ABŞ doqquz milyardlıq sazişləri təsdiqlədi - Ən müasir silahlar kimə satılacaq?Dünya

ABŞ doqquz milyardlıq sazişləri təsdiqlədi - Ən müasir silahlar kimə satılacaq?

ABŞ Dövlət Departamenti İranla münaqişə fonunda Yaxın Şərqdəki müttəfiqlərinə 8.6 milyard dollardan çox mümkün silah satışı sazişlərini təsdiqləyib.

Bu gün
14:300
ABŞ Almaniyadan 5 min hərbçisini çıxarır - Berlindən İLK REAKSİYADünya

ABŞ Almaniyadan 5 min hərbçisini çıxarır - Berlindən İLK REAKSİYA

Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ-nin ölkədəki hərbi kontingentini azaltmaq qərarının rəsmi Berlin üçün təəccüblü olmadığını bildirib.

Bu gün
14:140