
ABŞ-nin silah təchizatını dayandırması Ukraynaya hansı riskləri yaradır? - Vaşinqtonın yeni taktikası
Donald Trampın Administrasiyası ABŞ-nin Ukraynaya silah tədarükünün yaxın aylarda dayandırıla biləcəyi barədə müttəfiqlərini xəbərdar etməyə başlayıb. Bu barədə "Politico" məlumat yayıb. Bildirilib ki, bunun səbəbi Pentaqonun silah ehtiyatlarını İranla müharibəyə yönəltməyə üstünlük verməsidir.
Donald Trampın Administrasiyası ABŞ-nin Ukraynaya silah tədarükünün yaxın aylarda dayandırıla biləcəyi barədə müttəfiqlərini xəbərdar etməyə başlayıb. Bu barədə "Politico" məlumat yayıb. Bildirilib ki, bunun səbəbi Pentaqonun silah ehtiyatlarını İranla müharibəyə yönəltməyə üstünlük verməsidir.
ABŞ-nin Ukraynaya silah idxalını dayandırması rəsmi Kiyev üçün hansı problemləri yarada bilər?
Məsələ ilə bağlı Gundem.today-a danışan hərbi ekspert Ramil Məmmədli xatırladıb ki, Donald Tramp hakimiyyətə gəldikdən sonra Ukraynaya silah təchizatı zəifləyib.
Onun sözlərinə görə, rəsmi Vaşinqton bu öhdəliyi Avropanın üzərinə qoymaq istəyir:
"Hazırkı məqamda ABŞ bu məsələdə düzgün mövqe nümayiş etdirir, maliyyə dəstəkçisi rolunu oynayır. Məhsulların Ukraynaya çatdırılması logistik baxımdan çətindir. Bu, texniki cəhətdən də problemlidir, çünki bir çox müəssisələr ABŞ-nin mərkəzində yerləşir. Məsələnin siyasi tərəfinə baxdıqda isə Ukrayna Prezidenti Volodimir Zelenski Demokratlar Partiyasının layihəsidir. Zelenskini onlar hakimiyyətə gətirib. Həmçinin, onu da vurğulamaq lazımdır ki, 2022-2023-cü illərə qədər müəyyən silah-sursatlar var idi ki, onlar Avropada hazırlanmırdı və ya istehsal həcmi aşağı idi. Lakin qeyd olunan tarixdən sonra Polşa, Çexiya, Bolqarıstan, Rumıniya kimi ölkələr hazırda Ukraynanın istifadə etdiyi silahları istehsal etməyə başladılar. Nəticədə onların ABŞ-dən Ukraynaya göndərilməsinə ehtiyac qalmadı".
Ekspert qeyd edib ki, müəyyən istisnalar olmaqla, Avropa ölkələri Ukraynanı sursatlarla təmin edə bilir:
"Düzdür, müəyyən çatışmazlıqlar mövcuddur. Məsələn, Ukraynanın D-20 artilleriya sisteminə ehtiyacı var ki, bu da Avropada istehsal olunmur. Həmçinin müəyyən strateji və əməliyyat-taktiki silahlar mövcuddur ki, onlar Ukraynanın üçün vacibdir. Qeyd olunduğu kimi, ABŞ-nin təchizatı dayandırmaq səbəblərindən biri də İranla aparılan müharibədir. Rəsmi Vaşinqton rahatlıqla bir cəbhədə mübarizə apara bilər, çünki Avropa Ukraynanı silah-sursatla böyük ölçüdə təmin edir. Hətta bəzi məhsullar var ki, artıq Ukraynada istehsal olunur".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Siyasət"Haber Global": "31 mart Azərbaycan xalqının tarixi yaddaşında silinməz iz buraxan günlərdən biridir" - VİDEO
"31 mart Azərbaycan xalqının tarixi yaddaşında silinməz iz buraxan günlərdən biridir".
SiyasətSəudiyyə Ərəbistanı İran və ABŞ arasında qalıb - Müharibənin xərclərini kim ödməlidir? - VİDEO
"Fikrimcə, prezident onlara çağırış edəcək. Bu barədə daha ətraflı məlumat verə bilməyəcəyəm. Əlbəttə ki, bu, prezidentin qərarıdır. Düşünürəm ki, bu barədə dövlət başçısından daha çox şey eşidəcəksiniz".
SiyasətTrampın İrana verilən möhləti uzatmasının PƏRDƏARXASI: Müharibə yeni fazaya keçir?
ABŞ Prezidenti Donald Tramp İranın enerji sisteminə zərbələrə tətbiq olunan moratoriumu (təxirəxalma) aprelin 6-dək uzadıb. Siyasətçi qeyd edib ki, fasilə İran hökumətinin xahişi ilə uzadılıb. O, təmasların dayandırılması barədə yayılan məlumatları təkzib edib və əlavə edib ki, Tehranla danışıqlar çox yaxşı gedir.
SiyasətAzərbaycan Ordusunda 31 Mart soyqırımı qurbanları anılıb
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun bütün hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbirləri keçirilib.