
Rəşad Eyyubov: "Millinin futbolçuları nəyə qadir olduqlarını meydanda nümayiş etdirdilər"
"Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində Bolqarıstana qarşı keçirilən matçda nəyə qadir olduqlarını meydanda aydın şəkildə nümayiş etdirib".
"Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində Bolqarıstana qarşı keçirilən matçda nəyə qadir olduqlarını meydanda aydın şəkildə nümayiş etdirib".
Gundem.today "Report"a istinadən xəbər verir ki, bunu U-21-in baş məşqçisi Rəşad Eyyubov sözügedən oyundan sonra AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.
O, qolsuz başa çatan qarşılaşmanı şərh edib:
"Komandamız bu matçda daha fəal çıxış etdi. Futbolçular bu gün nəyə qadir olduqlarını meydanda aydın şəkildə nümayiş etdirdilər. Onlar nə rəqibdən, nə də stadiondakı atmosferdən çəkindilər. Birinci hissədə çox yaxşı çıxış etdik və topa nəzarət, əsasən, bizdə idi. Fasilədən sonra rəqibin təzyiqi artdı ki, bu da təbii haldır. Hesab edirəm ki, heç-heçə ədalətli nəticədir. Hər iki komandanın təhlükəli epizodları oldu. Ümumilikdə komandamın çıxışında müsbət məqamlar gördüm. Belə təməllə gələcəyə pozitiv baxa bilərik".
Qeyd edək ki, Azərbaycanın U-21 yığması qrupda növbəti oyununu sentyabrın 25-də evdə Çexiya yığmasına qarşı keçirəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanTürkiyə yığmasının məşqçisi matç zamanı huşunu itirib
Türkiyənin gənclərdən ibarət futbol yığmasının baş məşqçisi Egemen Korkmaz Avropa çempionatının seçmə mərhələsində Xorvatiya ilə oyunda huşunu itirib.
İdmanKevin De Bruyne karyerası ilə bağlı qərarını açıqladı
"Napoli" klubunun ulduz hücumameyilli yarımmüdafiəçisi Kevin De Bruyne 2026-cı il Dünya Çempionatından sonra Belçika millisindəki gələcəyi ilə bağlı yayılan suallara aydınlıq gətirib.
İdman"Milan" heyətini gənc istedadla gücləndirib - FOTO
İtaliya futbolunun nəhənglərindən olan "Milan" klubu heyətini yeni gənc istedadla gücləndirib.
İdman"Real Madrid"in futbolçusu İngiltərə millisində zədələndi - FOTO
İngiltərə milli komandasının və "Real Madrid" klubunun futbolçusu Cud Bellinqem zədələnərək heyətdən kənarda qalıb.