
ABŞ nümayəndə heyəti danışıqlar üçün Pakistana gedəcək? - Ağ Ev QƏRAR VERDİ
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və prezidentin kürəkəni Cared Kuşner İran nümayəndələri ilə danışıqlar aparmaq üçün Pakistana yollanacaq.
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və prezidentin kürəkəni Cared Kuşner İran nümayəndələri ilə danışıqlar aparmaq üçün Pakistana yollanacaq.
Gundem.today "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.
"Uitkoff və Cared Kuşner sabah Pakistana gedəcək ki, İran tərəfinin mövqeyini dinləsinlər. Ümid edirik ki, irəliləyiş olacaq. Ümid edirik ki, bu görüş müsbət nəticələrə gətirib çıxaracaq", - deyə o, jurnalistlərə açıqlamasında qeyd edib.
Livitt bildirib ki, ABŞ Prezidenti Donald Tramp, vitse-prezident Cey. Di. Vens və dövlət katibi Marko Rubio Vaşinqtonda İslamabadda keçiriləcək məsləhətləşmələrin nəticələrini gözləyəcəklər. Onun sözlərinə görə, nəticələr müsbət olacağı təqdirdə, vitse-prezident Vens də Pakistana səfər edə bilər.
Livitt əlavə edib ki, "son bir neçə gün ərzində ABŞ İran tərəfdən müəyyən irəliləyiş müşahidə edib" və gözlənilən görüşün nəticələrini gözləmək lazımdır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünya"Porsche" "Bugatti" brendindən imtina edir
Almaniyanın idman və lüks avtomobil istehsalçısı "Porsche" şirkəti "Bugatti Rimac" və "Rimac Group" şirkətlərindəki payının beynəlxalq investorlar konsorsiumuna satıldığını elan edib.
DünyaABŞ İranla əlaqəli yüzmilyonlarla dollarlıq kriptovalyuta hesablarını dondurub
ABŞ 344 milyon dollar həcmində İranla əlaqəli kriptovalyuta cüzdanlarını dondurub və Tehranın maliyyə əməliyyatlarını məhdudlaşdırmaq üçün tədbirləri davam etdirəcəyini açıqlayıb.
DünyaAli Məhkəmənin tariflərlə bağlı qərarına görə ABŞ 159 milyard dolları geri qaytara bilər
"ABŞ Ali Məhkəməsinin idxal rüsumlarını qanunsuz hesab etməsi səbəbindən ölkə 150 milyard dollardan çox vəsaiti geri qaytarmalı ola bilər".
DünyaABŞ və İran arasında birbaşa danışıqların vaxtı açıqlanıb
ABŞ və İran nümayəndə heyətləri arasında birbaşa danışıqların aprelin 27-də İslamabadda keçirilməsi planlaşdırılır.