
ABŞ İranla əlaqəli yüzmilyonlarla dollarlıq kriptovalyuta hesablarını dondurub
ABŞ 344 milyon dollar həcmində İranla əlaqəli kriptovalyuta cüzdanlarını dondurub və Tehranın maliyyə əməliyyatlarını məhdudlaşdırmaq üçün tədbirləri davam etdirəcəyini açıqlayıb.
ABŞ 344 milyon dollar həcmində İranla əlaqəli kriptovalyuta cüzdanlarını dondurub və Tehranın maliyyə əməliyyatlarını məhdudlaşdırmaq üçün tədbirləri davam etdirəcəyini açıqlayıb.
Gundem.today TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.
Onun sözlərinə görə, ABŞ Maliyyə Nazirliyi "İqtisadi qəzəb" kampaniyası çərçivəsində İranın vəsait toplamaq, köçürmək və ölkəyə qaytarmaq imkanlarını sistemli şəkildə məhdudlaşdırmağa davam edəcək.
Nazir qeyd edib ki, Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İranla əlaqəli çoxsaylı kriptovalyuta cüzdanlarına qarşı sanksiyalar tətbiq edib və nəticədə 344 milyon dollar dəyərində kriptovalyuta dondurulub.
"Biz Tehranın ölkədən çıxarmağa çalışdığı bütün vəsaitləri izləyəcək və rejimlə əlaqəli maliyyə kanallarını hədəfə alacağıq", - deyə Bessent vurğulayıb.
Paralel olaraq ABŞ Maliyyə Nazirliyi İranın "kölgə donanması" ilə əlaqəli olduğu iddia edilən təxminən 40 gəmiçilik şirkəti və tankerə qarşı da sanksiyalar tətbiq edib. Bundan əlavə, Çinin Dalian şəhərində yerləşən "Hengli Petrochemical" şirkətinə də İran yanacağının "qanunsuz ticarəti" ilə əlaqədar məhdudiyyətlər qoyulub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünya"Porsche" "Bugatti" brendindən imtina edir
Almaniyanın idman və lüks avtomobil istehsalçısı "Porsche" şirkəti "Bugatti Rimac" və "Rimac Group" şirkətlərindəki payının beynəlxalq investorlar konsorsiumuna satıldığını elan edib.
DünyaAli Məhkəmənin tariflərlə bağlı qərarına görə ABŞ 159 milyard dolları geri qaytara bilər
"ABŞ Ali Məhkəməsinin idxal rüsumlarını qanunsuz hesab etməsi səbəbindən ölkə 150 milyard dollardan çox vəsaiti geri qaytarmalı ola bilər".
DünyaABŞ və İran arasında birbaşa danışıqların vaxtı açıqlanıb
ABŞ və İran nümayəndə heyətləri arasında birbaşa danışıqların aprelin 27-də İslamabadda keçirilməsi planlaşdırılır.
DünyaAvropa Komissiyası Fars körfəzi ölkələrinə hərbi-dəniz əməkdaşlığı təklif edib
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Fars körfəzi ölkələrinə Avropa İttifaqı (Aİ) ilə genişləndirilmiş hərbi-dəniz əməkdaşlığı təklif edib.