
Ali Məhkəmənin tariflərlə bağlı qərarına görə ABŞ 159 milyard dolları geri qaytara bilər
"ABŞ Ali Məhkəməsinin idxal rüsumlarını qanunsuz hesab etməsi səbəbindən ölkə 150 milyard dollardan çox vəsaiti geri qaytarmalı ola bilər".
"ABŞ Ali Məhkəməsinin idxal rüsumlarını qanunsuz hesab etməsi səbəbindən ölkə 150 milyard dollardan çox vəsaiti geri qaytarmalı ola bilər".
Gundem.today xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb.
Onun sözlərinə görə, bu qərar nəticəsində ABŞ uzun illər ölkənin imkanlarından yararlanan insanlara və şirkətlərə təxminən 159 milyard dollar ödəməli olacaq.
Tramp bildirib ki, əgər Ali Məhkəmə ABŞ-nin artıq ödənilmiş vəsaiti geri qaytarmaq öhdəliyinin olmadığını bəyan etsəydi, ölkə bu məbləği saxlayaraq daha zəngin ola bilərdi.
O, həmçinin məhkəmənin niyə "ölkənin xeyrinə" belə addım atmadığını sual edib.
Xatırladaq ki, daha əvvəl idxal tarifləri qanunsuz sayıldıqdan sonra Tramp bu alətdən istifadəni başqa yollarla davam etdirəcəyini bildirmişdi.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünya"Porsche" "Bugatti" brendindən imtina edir
Almaniyanın idman və lüks avtomobil istehsalçısı "Porsche" şirkəti "Bugatti Rimac" və "Rimac Group" şirkətlərindəki payının beynəlxalq investorlar konsorsiumuna satıldığını elan edib.
DünyaABŞ İranla əlaqəli yüzmilyonlarla dollarlıq kriptovalyuta hesablarını dondurub
ABŞ 344 milyon dollar həcmində İranla əlaqəli kriptovalyuta cüzdanlarını dondurub və Tehranın maliyyə əməliyyatlarını məhdudlaşdırmaq üçün tədbirləri davam etdirəcəyini açıqlayıb.
DünyaABŞ və İran arasında birbaşa danışıqların vaxtı açıqlanıb
ABŞ və İran nümayəndə heyətləri arasında birbaşa danışıqların aprelin 27-də İslamabadda keçirilməsi planlaşdırılır.
DünyaAvropa Komissiyası Fars körfəzi ölkələrinə hərbi-dəniz əməkdaşlığı təklif edib
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Fars körfəzi ölkələrinə Avropa İttifaqı (Aİ) ilə genişləndirilmiş hərbi-dəniz əməkdaşlığı təklif edib.