
ABŞ Qəzzadakı missiyasını bağlayır
ABŞ İsraildəki Mülki-Hərbi Koordinasiya Mərkəzini (CMCC) bağlayır.
ABŞ İsraildəki Mülki-Hərbi Koordinasiya Mərkəzini (CMCC) bağlayır.
Gundem.today xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Mərkəz İsrail və HƏMAS arasında atəşkəsə nəzarət etməli, həmçinin Qəzzaya humanitar yardımın çatdırılmasını koordinasiya etməli idi.
Bu qərar ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq nizamlanması planının dalana dirənməsi ilə əlaqələndirilir. Səbəblər arasında atəşkəsdən sonra İsrailin davam edən hücumları və HƏMAS-ın silahı yerə qoymaqdan imtina etməsi göstərilir.
CMCC-nin funksiyaları ABŞ komandanlığı altındakı Beynəlxalq Stabilləşdirmə Qrupuna veriləcək. ABŞ hərbi personalının sayı 190-dan 40-a endiriləcək, hərbçiləri isə digər ölkələrin mülki mütəxəssisləri əvəz edəcək. Qurumun gələcəkdə Beynəlxalq Qəzzaya Dəstək Mərkəzi adlandırılması ehtimal olunur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTramp Kubaya qarşı yeni sanksiyalar tətbiq etdi
ABŞ Prezidenti Donald Tramp Kuba adasının yüksəkvəzifəli məmurlarına və ada dövlətinin rəhbərliyi ilə əlaqəsi olan şəxslərə qarşı yeni sanksiyaların tətbiqi haqqında fərman imzalayıb.
Dünyaİran ABŞ-yə qarşı tələblərini yumşaldıb
İran yeni sülh təklifində ABŞ-dən danışıqların bərpası ilə bağlı tələblərini yumşaldıb.
DünyaRusiyada ticarət mərkəzində güclü yanğın baş verib - VİDEO - FOTO
Rusiyanın Novosibirsk vilayətinin İskitim şəhərində yerləşən "Apelsin" ticarət mərkəzində yanğın baş verib, alov 5 000 kvadratmetr sahədə lokallaşdırılıb.
DünyaMacarıstanda nazir təyinatı səs-küyə səbəb oldu
Macarıstanda keçirilən parlament seçkisində qələbə qazanmış "Tisa" partiyasının lideri Peter Madyar, yeznəsi Marton Mellettey-Barnanı ədliyyə naziri postuna təyin etməsi ilə bağlı maraqlı açıqlama verib.